Azərbaycan tarixində 44 günlük İkinci Qarabağ müharibəsi

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət təhlükəsizliyinin hüquqi təminatı” şöbəsinin böyük elmi işçisi Xəyalə Kələşovanın “Azərbaycan tarixində 44 günlük İkinci Qarabağ müharibəsi” adlı məqaləsi Azərbaycan Respublikası Baş Prokurorluğunun "Azərbaycan prokurorluğu" elmi-praktiki jurnalının 2021-ci ildə nəşr olunan 2-ci sayında yer alıb.
Məqalədə qeyd olunub ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 2020-ci il Azərbaycan tarixində 44 günlük İkinci Qarabağ müharibəsi və 3 gün davam edən Tovuz döyüşləri ilə daha çox yadda qalıb. Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar aparıb.
Xəyalə Kələşovanın qeyd etdiyi kimi, sülh danışıqları prosesi 2018-ci ildə Ermənistanda rəngli inqilab nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsılıb. Beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri və Helsinki Yekun Aktının prinsipləri əsasında münaqişənin mərhələli şəkildə həllinin siyasi-hüquqi əsasları formalaşıb və beynəlxalq birlik tərəfindən qəbul edilib.

Rəqəmlərdə

  • 323

    Events
  • 10

    Departments
  • 170

    Publications

TƏDBİRLƏRİMİZ