Avropa Şurası biotibdə insan hüquqları ilə bağlı 2020-2025-ci illəri əhatə edəcək yeni strateji fəaliyyət planını qəbul edib

Avropa Şurasının Nazirlər Komitəsi 12 fevral 2020-ci il tarixində biotibdə texnologiyalar və insan hüquqları ilə bağlı Bioetika Komissiyası tərəfindən təqdim olunan 5 ili əhatə edəcək “yeni strateji fəaliyyət planı”nı dəstəkləyib. Bununla bağlı İnstitutumuzun “Hüquq sahələrinin müqayisəli təhlili” şöbəsinin elmi işçisi Səid Musayev təşkilatın rəsmi açıqlamasına əsaslanan, hazırladığı məlumatında qeyd edir ki, biologiya və tibb tətbiqi ilə əlaqədar olaraq insan ləyaqətini, insan hüquqlarını və fərdi azadlıqlarını qorumaq üçün hazırlanmış bu fəaliyyət planı texnoloji inkişafın və biotibbi təcrübələrin əsas çağırışlarına cavab verməyə xüsusi diqqət yetirir.
Yeni fəaliyyət planı 3 əsas istiqaməti əhatə edir:
1) Texnologiyaların idarə edilməsi: məqsəd insan hüquqlarını biotibbdə tətbiq olunan texnologiyaların inkişafına inteqrasiya etmək və biotibbi sahədə daha şəffaflıq üçün ictimai dialoqun təşviq edilməsi;
2) Tibbi qulluq sahəsində ədalətlilik: innovativ müalicə və müvafiq texnologiyalara bərabər çıxışın əldə etdilməsi üçün tövsiyə layihəsi tərtib ediləcək; yaşlılarda sağlamlıq sahəsində maarifləndirmə üçün bir bələdçi kimi;
3) Fiziki və əqli bütövlük.
Yeni fəaliyyət planında fiziki və əqli bütövlüklə əlaqədar uşaqların qərar qəbul etmə prosesində iştirakını gücləndirmək məqsədilə yaxşı təcrübəli bir bələdçinin hazırlanması; ortaqcinsli(intersex) uşaqlara erkən müdaxilə ilə bağlı müvafiq qanunvericilik və yaxşı təcrübələr haqqında seminar; əqli pozğunluqları olan insanların insan hüquqlarını və ləyaqətini məcburi yerləşdirilmədən və məcburi müalicədən qorumaq üçün hüquqi bir valət mexanizminin hazırlanması, həmçinin əqli sağlamlıq sahəsində könüllü tədbirləri təşviq edilməsi üçün yaxşı təcrübələrin məcmusunun hazırlanması nəzərdə tutulur.
Xatirladaq ki, bu yeni strateji fəaliyyət planı Avropa Şurasının insan hüquqları və biotibb sahəsinə aid olan yeganə məcburi hüquqi alət hesab olunan Oviedo Konvensiyasına əsaslanır.
Strateji fəaliyyət planı ilə daha ətraflı buradan tanış olmaq mümkündür.

Rəqəmlərdə

  • 232

    Events
  • 10

    Departments
  • 167

    Publications

TƏDBİRLƏRİMİZ