“Avrasiya bölgəsində Qanunun aliliyi” mövzusunda vebinar keçiriləcək

14-25 sentyabr 2020-ci il tarixlərində Çin Hüquq Cəmiyyəti, Çin Hüquq Mübadilə Mərkəzi və Şanxay Siyasi-Hüquq İnstitutunun birgə təşəbbüsü ilə "Avrasiya bölgəsində Qanunun aliliyi" mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulur.
Vebinar "Bir kəmər, Bir Yol" boyunca olan ölkələr arasında qarşılıqlı anlaşma və dostluğu möhkəmləndirmək, eyni zamanda Çin və Avrasiya ölkələrinin hüquq və ədliyyə sahələri arasında praktiki əməkdaşlığı stimullaşdırmaq məqsədilə keçiriləcək.
Sözügedən vebinarda AMEA Hüquq və İnsan Haqları İnstitutunu nümayəndə qismində institutun dissertantı Eldar Adıgözəl oğlu Qocayev təmsil edəcək.

Rəqəmlərdə

  • 264

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ