Alimimizin “İnsan Alverinin Hüquqi Tənzimlənməsi: Beynəlxalq və Milli Hüquq Normaları Kontekstində” başlıqlı məqaləsi dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Usub qızı Hüseynovanın НАШЕ ПРАВО (OUR LAW), Науково-практичний журнал № 2 (səh:116-124), 2022-ci il buraxılışında “Legal Regulation of Human Traffıckıng : In the Context of İnternational and National Law” (İnsan Alverinin Hüquqi Tənzimlənməsi: Beynəlxalq və Milli Hüquq Normaları Kontekstində) başlıqlı məqaləsi dərc olunub.
Müəllif məqalədə qeyd edir ki, beynəlxalq miqyasda insan alveri ilə bağlı transmilli mütəşəkkil cinayət bəşəriyyəti narahat edən ciddi sosial problemə çevrilib. Mövcud vəziyyət dövlətlərin insan alveri sahəsində cinayətkarlıqla mübarizəyə yönəlmiş səylərinin birləşdirilməsini zəruri etmişdir.
Məhz bu məqsədlə XX əsrdə BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar fərdi azadlıqların hərtərəfli müdafiəsini həyata keçirməyə yönəlmiş konvensiyalar, müqavilələr və digər normativ hüquqi aktlar qəbul etmişlər. Həmin vaxtdan insan hüquqları təkcə milli deyil, həm də beynəlxalq hüquqi tənzimləmənin predmetinə çevrilmişdir. İnsan alverinə qarşı mübarizəyə xüsusi önəm verən Azərbaycan Respublikası bu beynəlxalq sənədlərin əksəriyyətini ratifikasiya etmişdir.
Beynəlxalq və milli hüquqi aktlarda insan alverinə qarşı mübarizəni nəzərdə tutan proqram və konsepsiyalar üç əsas fəaliyyət istiqamətini əhatə edir: insan alverinin qarşısının alınması, insan alveri qurbanlarına yardım, insan alveri ilə bağlı cinayət əməllərinin aşkar edilməsi və onların cinayətkarların cəzalandırılması.
Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə sahəsində qoşulduğu beynəlxalq müqavilələrdən, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında" Avropa Şurasının Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə bu sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq qanunvericilik aktları da təkmilləşdirilmişdir.

Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 383

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ