Alimimiz “Müasir parlamentlər: fəaliyyət trendləri, inkişaf tarixi və rolu” mövzusunda keçirilmiş elmi-praktik konfransda çıxış edib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun  Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin müdiri, h.ü.e.d., professor Məhəmməd İmanlı  Rusiya Federasiyası Prezidenti Yanında  Dövlət İdarəçilik Akademiyasının “Müasir parlamentlər: fəaliyyət trendləri, inkişaf tarixi və rolu” mövzusunda veb formatda təşkil etdiyi elmi-praktik konfransda çıxışçı qismində iştirak edib.
Çıxışçı Azərbaycanda çoxpartiyalı sistem əsasında formalaşmış parlament və onun fəaliyyəti, yaranışı, tarixi, ilk Demokratik Cümhuriyyətin formalaşdığı Şərqdə ilk parlament nümunəsi kimi qısa zaman kəsiyi ərzində görülən çoxşaxəli işləri diqqətə çatdırıb.  Həmçinin Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq seçki sisteminin daha da təkmilləşdirilməsi Konstitusiyanın 1-ci maddəsinə görə hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır, deyə natiq vurğulayıb.
M.İmanlı vətəndaşların seçki hüququndan istifadə edərək öz qanunvericilik orqanını - Milli Məclisini yaratması ilə bağlı ətraflı məlumat da verib. Eyni zamanda həm dünya ölkələri ilə, həm də yaxın MDB ölkələri ilə əlaqələrindən, bir sözlə parlamentlərarası dostluq qruplarının fəaliyyəti,  geniş əlaqələri barədə məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Rəqəmlərdə

  • 379

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ