Alimimiz Fəxri Fərmanla təltif olundu

AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru,Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti,tədqiqatçı-alim Rizvan Hüseynov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə İkinci Qarabağ müharibəsi zamanı hərbi hissələrdə və həmçinin zərərçəkmiş mülki əhali arasında mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi məqsədilə görülən işlərdə yaxından iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunub.
Qeyd edək ki, Rizvan Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində erməni vandalizmini, erməni saxtakarlığını tədqiq edir və tarixi şəhərlərimizə,memarlıq abidələrimizə qarşı törədilən vəhşilikləri dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Rəqəmlərdə

  • 274

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ