Alimimiz daha bir erməni saxtakarlığını ifşa etdi

Tariximizin dövrlərini vərəqlədikcə orda tez-tez erməni saxtakarlıqları ilə rastlaşırıq. Əsasən də mənbələrdə, elmi ədəbiyyatlar da və arxiv materiallarının istifadəsi zamanı buna daha çox rast gəlirik. AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynovun 2013-cü ildə rus dilində dərc olunan “Армянское нагорье: географический термин или идеологическое орудие против Азербайджана?” adlı məqaləsində və 2015-ci ildə “Азербайджан и армянский вопрос на Кавказе” adlı çap olunmuş monoqrafiyasında bu cür erməni saxtakarlıqları ifşa olunmuşdur. Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutu tərəfindən çap olunan bu monoqrafiya bir sıra Amerika və Avropa universitetlərində və ABŞ Konqresinin kitabxanasında istifadə olunur.
R.Hüseynovun istifadə etdiyi bir sıra xarici və erməni mənbələri, arxiv materialları yalançı erməni tarixini əsaslı ifşa edir. Bu vəziyyət erməni tərəfini çox narahat etdiyi üçün öz xarici diaspora və əlaltılarından istifadə edərək dünyada məşhur “Britannica” və “Wikipediya” ensiklopediyasından alimin istifadə etdiyi bir sıra xarici və erməni mənbələrinin silinməsinə nail oldular. Belə bir çirkin əməlləri ilə erməni propoqandası yenə də öz əsl saxtakar simasını göstərmişdi. Hüquq və İnsan Haqları İnstiturunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESCO-nun kafedra bölməsinin dosenti Rizvan Hüseynovun rus dilində yeni dərc olunan “ПО СЛЕДАМ СЕКРЕТНОЙ ОПЕРАЦИИ «АРМЯНСКОЕ НАГОРЬЕ» В ЭНЦИКЛОПЕДИИ «БРИТАННИКА» И ВИКИПЕДИИ” adlı məqaləsi bu məsələnin təhlili və ifşasına həsr olunub.
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ