Alimimiz “Cinayət hüququ və əməliyyat axtarış fəaliyyəti: problemlər qanunvericilik, təcrübə və nəzəriyyə”mövzusunda keçirilmiş konfransda iştirak edib

28 aprel tarixində Rusiya Federasiyası Elmi Tədqiqat və Cəzaların İcrasına Nəzarət İnstitutu və Kriminalist, Kriminoloqlar birliyinin birgə təşkil etdiyi “Cinayət hüququ və əməliyyat axtarış fəaliyyəti: problemlər qanunvericilik, təcrübə və nəzəriyyə” adlı VIII Beynəlxalq elmi-praktik konfrans keçilib.
İnstitumuzu sözügedən konfransda Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru, professor Məhəmməd İmanlı çıxışçı qismində təmsil edib.
Alim çıxışı zamanı Azərbayacan Respublikası “Əməliyyat axtarış fəaliyyəti” ilə bağlı geniş məlumat verərək, günümüzün tələblərinə uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsi, onun dünya ölkələrinin mövcud qanunvericiliyi ilə müqayisəli təhlilini verib.
M.İmanlı “Əməliyyat axtarış fəaliyyəti” ilə bağlı qanunvericilikdə olan boşluqlar, onların yenilənməsi, əməliyyat axtarış zamanı səlahiyyətli şəxslərin hüquq və vəzifələrinin daha dəqiq çərçivəsinin müəyyən edilməsi, gələcəkdə toplanan bəzi sübutların məhkəmə istintaqı zamanı maddi sübut kimi tanınması üçün zəruri təkliflərin hazırlanması məsələlərinə münasibət bildirib. Qüvvədə olan qanunun digər ölkələrin qanunları ilə müqayisəli təhlili və Gürcüstan Respublikasında bu sahədə aparılan “Əməliyyat axtarış fəaliyyəti” ilə bağlı islahatlara, onlardan koliziya yaradan bəzi maddələrə münasibət bildirərək təkliflər irəli sürüb.

Rəqəmlərdə

  • 379

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ