ABŞ-da fəaliyyət göstərəcək nüfuzlu Beynəlxalq Elmi-Tədqiqat Heyətinin üzvləri arasında azərbaycanlı gənc alimdə yer alacaq

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Səid Musayev dünyada antisemitizmə qarşı mübarizə sahəsində fəaliyyət göstərən nüfuzlu Qlobal Antsiemitizm və Siyasətinin Tədqiqi İnstitutunun (Institute for the Study of Global Antisemitism and Policy) Beynəlxalq Elmi-Tədqiqat Heyətinin üzvü seçilib.
2020-ci ilin dekabrın 5-i tarixli Qlobal Antisemitizm və Siyasətinin Tədqiqi İnstitutunun İdarə heyətinin müvafiq təklifi və İnstitutun Elmi Şurasının unanim (yekdillik) qərarı ilə Musayev Səid Avropada antisemitizmin mövcud problemləri, ektremizmlə mübarizə və Azərbaycanda yəhudilərin uğurlu birgəyaşayış modelinin tədqiqi sahəsində apardığı elmi araşdırmalarına görə Elmi-Tədqiqat Heyətin üzvü seçilib (daha ətraflı: https://isgap.org/fellows/).
Sözügüdən Elmi-Tədqiqat Heyəti müasir antisemitizm mövzusunun multidisiplinar tədqiqatı ilə məşğul olacaq ABŞ-ın Connecticut Universiteti, İsrailin Bar-İlan Universiteti, Boyük Britaniyanın Kembric Universiteti, Çinin Nanjing Universiteti və dünyanın digər qabaqcıl Universitetlərindən olan yüksək səviyyəli professor və araşdırmaçılardan ibarət beynəlxalq bir qrupdur.
Beynəlxalq Elmi-tədqiqat Heyəti bu mürəkkəb mövzunun xəritəsini çıxarmaq və deşifrə etmək üçün tədqiqat, akademik proqramlaşdırma və nəşrlə məşğul olaraq qlobal antisemitizm bəlasını anlamaq və ictimai bəlaya qarşı mübarizə aparmaq üçün lazımlı vasitələrlə akademikləri və siyasətçiləri təchiz etməyə və məlumatlandırmağa kömək edəcəkdir.
Xatırladaq ki, Səid Musayev 2016-cı ilin yanvar ayının 1-dən “Antisemitizm, rasizm və radikallaşmaya qarşı insan hüquqları kontekstində mübarizə üsulları Avropada və Azərbaycan nümunəsi” mövzusunda tədqiqat işləri aparır, 2017-ci ilin iyun ayında ABŞ-ın Qlobal Antsiemitizm və Siyasətinin Tədqiqi İnstitutunun (Instute for the Study of Global Antisemitism and Policy) beynəlxalq qrantını qazanaraq Böyük Britaniyanın Oksford Universitetində beyəlxalq təlimlərdə iştirak etmiş, 2018-ci ildə isə Fransanın Strasburq Universitetinin “Hüquq, Din, Cəmiyyət, Müəssisə” İnstitutunun dəvəti əsasında AMEA-nın təqaüdü ilə bu ölkədə mövzusu ilə əlaqədar bir il elmi-tədqiqat işləri aparıb və vətənə qayıdıb.

Rəqəmlərdə

  • 309

    Events
  • 10

    Departments
  • 169

    Publications

TƏDBİRLƏRİMİZ