20 Yanvarın günahsız qurbanlarının əziz xatirəsi anıldı

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 31 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Lakin bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümü ərəfəsində şəhidlərin əziz xatirəsi ölkəmizdə və onun hüdudlarından kənarda da dərin ehtiramla yad edilir.
Hər il olduğu kimi bu il də AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb. Veb formatda təşkil olunmuş tədbirdə institutun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə və institut əməkdaşları 20 Yanvar faciəsi ilə bağlı tarixi faktlara söykənən hadisələr haqqında fikirlərini bölüşüblər.
Biz tariximizi unutmadıq. Biz tariximizi şəhidlərimizin qanı ilə zəfər qələbəsinə qədər ucalara yüksəltdik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Rəqəmlərdə

  • 284

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ