Əməkdaşımızın yeni məqaləsi dərc olundu

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət təhlükəsizliyinin hüquqi təminatı” şöbəsinin böyük elmi işçisi Esmira Orucovanın “Hüquqi müstəvi” elmi-nəzəri, təcrübi jurnalın № 4, 19 may 2020-ci il buraxılışında (səh. 147-156) " “Etnik münaqişələr zamanı uşaq hüquqlarının müdafiəsi Dağlıq Qarabağ nıünaqişəsi müstəvisində” başlıqlı məqaləsi dərc olunub.
Məqalənin əsas tədqiqat predmetini dünyanın müxtəlif ərazilərində baş verən etnik münaqişələr və bu münaqişələr zamanı pozulmuş uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq hüquq normalarının araşdırılması təşkil edir. Məqalədə göstərilən faktoloji materiallara əsasən, Ennənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal olunmuş ərazilərin sakinləri – günahsız müharibə qurbanlan olan, qəbul olunmuş beynəlxalq hüquq normalarına zidd olaraq, işgəncələrə, qeyri-insani rəftara, təhqirlərə məruz qalmış uşaqların hüquqlarının müdafıəsi ilə bağlı hüquqi təfsirlərin verilməsinə cəhd göstərilib.
Məqalədə, həmçinin silahlı münaqişələr zamanı uşaq hüquqlarının müdafiəsi sahəsində dövlətlərin öhdəlikləri və əməkdaşlıqları, beynəlxalq hüququn qarşısında duran ən aktual problemlərdən bəhs edilir.

Rəqəmlərdə

  • 252

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ