Əməkdaşımız “Gender problemi və müasir Azərbaycan” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

27 noyabr tarixində AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət Təhlükəsizliyinin hüquqi təminatı şəbəsinin böyük elmi işçisi Esmira Orucova mövcud ekstremal şəraitə uyğun olaraq ZOOM platforması üzərindən onlayn formatda Azərbaycan Universiteti və İngiltərənin Middlesex Universitetinin birgə təşkil etdikləri “Gender problemi və müasir Azərbaycan” adlı beynəlxalq konfransda “Silahlı münaqişələr zamanı insan hüquqlarının müdafiəsi gender müstəvisində” mövzusunda çıxış edib.
Əməkdaşımız iki ildir ki, adıçəkilən beynəlxalq konfransda iştirak edir. Konfransda AMEA-nın Qadınlar Şurasının sədri, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, Bakı Dövlət Universitetinin professoru Rəna İbrahimbəyova, İngiltərənin Middlesex Universitetinin professoru Victoria de Rijke, Azərbaycan Universitetinin professoru Paul Gibbs və digər alimlər gender sahəsində çox maraqlı mövzularda plenar məruzələrlə çıxış ediblər.

Rəqəmlərdə

  • 274

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ