Aytən Mustafazadə: Azərbaycan Qoşulmama Hərəkatında – qlobal problemlər və milli maraqlar

Azərbaycan Qoşulmama Hərəkatına yeni xarici siyasət strategiyası axtarışının başlaması kontekstində qoşulub.Bu axtarış Durban sammiti çərçivəsində qəbul edilmiş "İnkişaf etməkdə olan dövlətlərin XXI əsrə daxil olması proqramı"nda öz əksini tapıb.
Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilən XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunub.
Bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müdrik siyasətin beynəlxalq səviyyədə tanınmasının nəticəsi idi. Seçdiyi siyasi kurs sayəsində ölkə nüfuzlu beynəlxalq münasibətlər subyektinə, etibarlı tərəfdaşa, Avropa ilə Asiyanın kəsişməsində sabitlik, təhlükəsizlik və çoxtərəfli əməkdaşlığı təmin edən regional inteqrasiya proseslərinin fəal iştirakçısına çevrilib.
Bu fikirlər AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadənin “1news.az”-a müsahibəsində yer alıb.
Müsahibəni linkə daxil olmaqla oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 323

    Events
  • 10

    Departments
  • 170

    Publications

TƏDBİRLƏRİMİZ