Anons (“müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın perspektivləri” mövzusunda “dəyirmi masa”)

AMEA-nın Hüquq və  İnsan Haqları İnstitutu Türk Mədəniyyəti İrsi Fondu ilə birgə 25 noyabr 2016-cı il tarixində saat 11:00 da “Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın perspektivləri” mövzusunda “dəyirmi masa” keçirəcək. Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, AMEA-nın vitse-prezidenti, akademik, Milli Məclisin Komitə sədri İsa Həbibbəyli çıxış edəcək, həmçinin türkdilli ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, müxtəlif qurumların nümayəndələri, ekspert və tədqiqatçı alimlər, eləcə də gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.

 

Ünvan: AMEA Hüquq və  İnsan Haqları İnstitutunun konfrans zalı,

H.Cavid pr.115 (Akademşəhərcik)

 

Tel:   012- 537-20-73;

         012- 537-20-76;

         012-510-36-45;

Faks: 012- 537-20-79

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ