Anons (hüquq və İnsan haqları İnstitutunda tarixçi–medievist, tərcüməçi, qafqazşünas, pedaqoq, publisist və ixtiraçı Oleq Yuryeviç Kuznetsovun “Prof. R.Mustafayev” adına medal və sertifikatın təqdim olunma mərasimi)

9 fevral 2017-ci il saat 14.00-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda tarixçi–medievist, tərcüməçi, qafqazşünas, pedaqoq, publisist və ixtiraçı Oleq Yuryeviç Kuznetsovun “Prof. R.Mustafayev” adına medal və sertifikatın təqdim olunma mərasimi keçiriləcək.

Mükafatın təqdimolunma mərasimində Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə, müxtəlif qurumların nümayəndələri, ekspert və tədqiqatçı alimlər, eləcə də gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.

 

Ünvan: AMEA Hüquq və  İnsan Haqları

İnstitutunun konfrans zalı, II mərtəbə

H.Cavid pr.115 (Akademiya şəhərciyi)

 

Tel:   012- 537-20-73;

          012- 537-20-76;

          012-510-36-45;

 Faks: 012- 537-20-79

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ