İnstitutun iki dissertantının ilkin müzakirəsi keçirilib

Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun növbəti iclası keçirilib. İclas Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadənin sədrliyi ilə baş tutub.
İclasda institutun dissertantlarının hüquq üzrə fəlsəfə doktoru elmi adı almaq üçün yazdıqları dissertasiya işlərinin açıq müdafiəyə buraxılmadan öncəki ilkin müzakirəsi keçirilib.
Müzakirə “5603.01” - Beynəlxalq hüquq; İnsan hüquqları” və 5607.01 “Konstitusiya hüququ; Bələdiyyə hüququ” ixtisasları üzrə aparılıb.
İnstitutun dissertantı Aslanbəyli Bəxtiyar Əli oğlu “İkiqat vergitutmanın aradan qaldırılmasının beynəlxalq hüquqi aspektləri (Azərbaycan Respublikasının timsalında)”, institutunun digər dissertantı Fərzullayeva Afət Elxan qızı isə “İnformasiya təhlükəsizliyinin təmin olunmasının konstitusiya-hüquqi əsasları” mövzularında dissertasiyası işlərini təqdim ediblər.
İclasda yazılmış mövzuların aktuallığı, işlənmə dərəcəsi, yeniliyi araşdırılıb, aparılmış elmi-analitik ümumiləşdirmələr, problemlərin həlli ilə bağlı mülahizələr, nəzəri və praktiki xarakterli təklif və tövsiyyələr irəli sürülüb.

Rəqəmlərdə

  • 382

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ