Azərbaycan ərazisi orta əsrlərə aid ərəb, müsəlman mənbələrində təsvir olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, "Qafqaz Tarixi Mərkəzi"nin direktoru Rizvan Hüseynovun "Azerbaijan’s territory referenced in arab, muslim medieval sources" (Azərbaycan ərazisi orta əsrlərə aid ərəb, müsəlman mənbələrində təsvir olunub) başlıqlı məqaləsi Journal "IRS-Heritage"də çap olunub.
Məqalədə qeyd olunur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandıqdan və ərazilərini işğaldan azad etdikdən sonra dünya ictimaiyyətinin diqqəti yenidən Ermənistan-Azərbaycan münaqişəsinə və Cənubi Qafqaz regionuna yönəlib.
"Münaqişənin əsas səbəblərindən biri Ermənistanın tarixi və ideoloji əsaslara söykənərək Azərbaycan ərazilərinə iddialarıdır. Erməni tarix elmi və Ermənistanda və xaricdə bir sıra siyasi dairələr Qafqazda Azərbaycan adlı inzibati-coğrafi vahidin olmadığını və onun guya yalnız XX əsrdə meydana gəldiyini iddia edirlər.
Eyni zamanda, erməni tərəfi yoxlanılmamış, qərəzli materiallara, o cümlədən qədim və mövcud olmayan digər mənbələrə istinad edərək öz ərazi iddialarını tarixən əsaslandırmağa çalışır" – deyə Rizvan Hüseynov vurğulayıb.
Məqalədə, həmçinin Azərbaycan ərazisinin adı qeyd olunan orta əsrlərə aid ərəb və müsəlman mənbələrindən bəzi faktlar göstərilib.
Adıçəkilən məqalənin tam mətnini linkə daxil olaraq oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 355

    Events
  • 10

    Departments
  • 173

    Publications

TƏDBİRLƏRİMİZ