Əməkdaşımız Rusiyada keçirilən konfransda institutumuzu təmsil edib

17-18 may 2019-cu ildə Kabardino-Balkariyanın paytaxtı Nalçik şəhərində Rusiya Federasiyası Daxili İşlar Nazirliyi Krasnodar Universitetinin Şimali Qafqaz ixtisasartırma institutunda «Qloballaşma şəraitində cinayətkarlıqla effektiv müba­rizə: problemlər və perspektivlər» («Эффективное противодей­ствие преступ­ности в условиях глобализации: проблемы и перспективы») mövzusunda XXIII elmi-praktiki konfrans keçirilmişdir.
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun «Cinayət hüququ və cinayət prosesi» şöbəsinin кonfransda iştirak edən böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev plenar iclasda təbrik sözü ilə çıxış edərək mötəbər tədbirə dəvətə görə İnstitut adındən minnnətdarlığını bildirmiş, seksiyalarda keçirilən müzaki­rə­lərdə isə «Təqsirləndirilən (şübhəli) şəxsin müdafiə hüququnun müasir şəraitdə təmin edilməsinin bəzi aspektləri» («Некоторые аспекты обеспечения права на защиту обвиняемого (подозреваемого) в современных условиях») adlı məqa­ləni konfrans iştirakçılarının müzakirəsinə çıxarmışdır.
Konfransda Respublikamızı təmsil edən digər iştirakçı Azərbaycan Res­pub­likası Daxili İşlər Nazirliyi Daxili Qoşunları Baş İdarəsi Kadrlar İdarəsinin rəisi hüquq üzrə fəlsəfə doktoru, professor Nəsir Hüseynov seksiyalarda keçirilən müza­ki­rə­lər zamanı çıxış edərək «Müasir şəraitdə hərbi qulluqçuların cinayətkarlığının səbəbləri və onların aradan qaldırılması yolları» («Причины преступности военнослу­жа­щих в современных условиях и пути их устра­нения») adlı məqa­ləni konfrans iştirakçılarının müzakirəsinə çıxarmışdır.

Rəqəmlərdə

  • 177

    Events
  • 10

    Departments
  • 157

    Publications

TƏDBİRLƏRİMİZ