“Paşinyan işğalçılıq siyasətini malalamağa çalışır”


Politoloqun sözlərinə görə, bu fiasko həm daxili, həm də xarici siyasətə şamil oluna bilər: "Belə ki, bildiyimiz kimi, N.Paşinyan hakimiyyətə gəldiyi ilk gündən “Qarabağ” kartından siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Yəni, hakimiyyətdəki mövqelərini möhkəmləndirmək üçün münaqişə vəziyyəti ilə sələflərinin mövqelərini təkrarlayan mövqe nümayiş etdirdi, münaqişənin dinc tənzimlənməsi prinsipləri ilə kəskin ziddiyyət təşkil edən bəyanatlar səsləndirməyə başladı, Azərbaycanın işğal altında saxladıqları ərazilərinə qanunsuz səfərlərini intensivləşdirdi. N.Paşinyanın ən böyük uğursuzluğu qondarma Dağlıq Qarabağ rejiminin danışıqlara cəlb olunması istiqamətində cəhdlərinin iflasa uğraması oldu.
Qeyd edək ki, Paşinyan Brüsseldə olan zaman Avropa İttifaqı rəsmləri danışıqların formatının dəyişdirilməsinin mümkünsüzlüyünü Paşinyana açıq tekstlə bildirdilər. Bunun ardınca ATƏT-in MQ-nin həmsədrlərinin bəyanatında da açıq ifadə olundu ki, danışıqların formatı dəyişdirilə bilməz. Bununla da N.Paşinyanın münaqişədən öz məqsədləri üçün istifadə etmə cəhdləri boşa çıxmış oldu.
ATƏT-in MQ-nin həmsədrlərinin bəyanatında danışıqların formatının dəyişdirilməsinin mümkünsüzlüyü ilə bağlı qəti mövqenin ortaya qoyulması həm də Ermənistanın işğalçı tərəf kimi qəbul olunmasına da bir işarədir. Belə ki, N.Paşinyan qondarma “DQR”-ı tərəf kimi təqdim etməyə çalışmaqla Ermənistanın işğalçılıq siyasətini malalamağa çalışırdı. Bununla da, Ermənistan cəmiyyətində elektoral bazasını möhkəmləndirməyə ümid edir. Çünki, bunu başqa vasitələrlə etmək imkanına malik deyil. Bununla, o, həmçinin, qondarma rejim üzərində də müəyyən nəzarət imkanlarını yaratmaq istəyirdi. Çünki, qondarma “DQR”-in danışıqlara ayrıca tərəf kimi cəlb olunması onun müstəqil bir subyekt kimi təqdim etmək imkanlarını yaradardı. Bu da, N.Paşinyana əlavə siyasi dividentlər gətirə bilərdi. Təbii ki, ATƏT-in MQ-nin həmsədrlərinin bəyanatında işğalçı Ermənistanla bağlı daha prinsipial məqamlar da yer ala bilərdi. Həmçinin, Ermənistanın konstruktiv davranışlarını şərtləndirəcək mexanizmlər haqqında qeyd olmalı idi. Lakin bütün hallarda bu bəyanat bir daha sübut edir ki, münaqişə vəziyyətində azərbaycanın siyasi potensialı getdikcə güclənməkdədir"

Linkə daxil olaraq müsahibəni oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 161

    Events
  • 10

    Departments
  • 152

    Publications

TƏDBİRLƏRİMİZ