July 31, 2020
Bolqarıstanın utancı. Burada bir film çəkildi və nasist Nijdeyə abidə ucaltmağa hazırlaşırlar
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti Rizvan Hüseynovun 29iyul 2020ci il tarixdə 1news.az-da "Позор Болгарии. Здесь сняли фильм и готовятся поставить памятник нацисту Нжде" başlıqlı müsahibəsi dərc olunub.
July 26, 2020
Pandemiya şəraitində hüquq və azadlıqların məhdudiyyətlərinin hüquqauyğunluğu meyarları
Bəzən Covid-19 pandemiyası ilə mübarizəyə yönələn xüsusi karantin rejimi qaydaları insan və vətəndaş hüquq və azadlıqlarının məhdudiyyətləri kimi nəzərdən keçirilir. Doğrudur, bu qaydalar bizim bir sıra hüquq və azadlıqlarımızı müəyyən dərəcədə və müvəqqəti olaraq məhdudlaşdırır. Lakin nəzərə almaq lazımdır ki, istənilən hüquq və azadlıqdan istifadə imkanı qeyri-məhdud və hüdudsuz olmamaqla, müəyyən hüquqi öhdəlik və məsuliyyət doğurur. Bu yalnız doktrinal yanaşma deyil, həm də harmonik və təhlükəsiz birgəyaşayış üçün zəruri olan normativ bir tələbdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin III hissəsində göstərildiyi kimi, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
July 25, 2020
Karantin qaydalarına əməl edilməsinin iqtisadi üstünlükləri
Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının əhali arasında yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədə karantin qaydarı tədbiq edilməkdədir. Azərbaycanda koronavirus pandemiyasının yarandığı ilk vaxtlarda müxtəlif sektorlar üçün qaydalar hazırlandı. Bu qaydalar iş yerlərindən tutmuş istehsal prosesinə qədər sahələrdə karantin rejiminin tələblərinin tətbiqini əhatə edir. Sözügedən tələblər ilk növbədə işçilərin hüquqlarının müdafiəsi, eləcə də iş yerlərində sosial məsafənin təmin olunması, təmizlik və dezinfeksiya işlərinin aparılması və qoruyucu vasitələrin istifadəsindən ibarətdir.
July 21, 2020
Əməkdaşımızın İsrailin nüfuzlu nəşrində Ermənistanın təxribatçı siyasətini ifşa edən məqaləsi dərc olunub
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Səid Musayevin İsrailin nüfuzlu “The Times of Israel” nəşrində fransız dilində “Ermənistanla Azərbaycan arasında yenidən intensiv döyüşlərin başlaması: Nə üçün indi?” adlı məqaləsi dərc edilib.
July 15, 2020
Azərbaycan Tovuzda Ermənistanın bölgənin sabitliyini pozmaq cəhdlərinin qarşısını aldı
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti Rizvan Hüseynov CBC telekanalının canlı yayımlanan xüsusi efir buraxılışının qonağı olub.
Buraxılışda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən 2020-ci ilin 12 iyul tarixində Ermənistan ordusunun bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə təxribat həyata keçirməyə cəhd göstərməkləri, ordumuzun gördüyü müvafiq tədbirlər nəticəsində onların geri oturdulması, diversiyanın qarşısının qətiyyətlə alınması geniş müzakirə olunub. Həmçinin təxribatın qarşısını alarkən qəhrəmancasına həlak olan hərbçilərimizin xatirəsi yad edilib.
July 15, 2020
Mənfur düşmən məğlub olaraq layiqli cavab alacaq
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti Rizvan Hüseynovun 14 iyul 2020-ci il tarixdə Trend.az saytında " Враг будет повержен, посрамлен и получит достойный ответ" başlıqlı müsahibəsi dərc olunub.
June 23, 2020
Məsuliyyətli peşə sahibləri
AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadənin 23 iyun Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə "Respublika" qəzetinin 23 iyun 2020-ci il buraxılışında (səh.5) "Məsuliyyətli peşə sahibləri" başlıqlı məqaləsi dərc olunub.
June 18, 2020
Professor Aytən Mustafazadə: İnsan hüquqlarının qoruması cəmiyyətin inkişafının özülünü təşkil edir
Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadənin AZƏRTAC-da " İnsan hüquqlarının qorunması cəmiyyətin inkişafının özülünü təşkil edir" başlıqlı məqaləsi dərc olunub.
May 22, 2020
Alimimiz “erməni azadlıq hərəkatı” əfsanəsini ifşa edən F.Ekozyansın kitabını təhlil etdi
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti Rizvan Hüseynovun bu günlərdə araşdırmaçı Filipp Ekozyansın dərc olunmuş kitabının sitatlarına və təhlilinə həsr olunmuş məqaləsi mətbuatda dərc olunub.
Bu araşdırma, alimin qeyd etdiyi kimi, özündə aztanınan "erməni azadlıq hərəkatının" ilk kritik təhlilidir. Məqalədə xüsusilə qeyd olunur ki, Ekzosyansın araşdırması sayəsində "erməni azadlıq hərəkatının" formalaşması əsərini, daha doğrusu əfsanəsini canlandırmaq mümkün olmuşdur.
R.Hüseynovun bu araşdırmasında, həmçinin "böyük Ermənistan" haqqında konsepsiyanın necə yaranması göstərilmiş və erməni xalqının əzab və məhrumiyyətlərinin kifayət qədər şişirdilmiş olduğunu sübut edən faktlar göstərilmişdir.
May 22, 2020
Şərəf və ləyaqət fəlsəfi-hüquqi kateqoriya kimi
İnstitutumuzun "Cinayət hüququ və cinayət prosesi" şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Şəlalə Həsənovanın Juridical Sciences and Education (Юридические Науки и Образование) jurnalının № 62, may 2020-ci il buraxlışında(səh.87-92) "Şərəf və ləyaqət fəlsəfi-hüquqi kateqoriya kimi" başlıqlı məqaləsi nəşr olunub.
Məqalədə "şərəf" və "ləyaqət" kateqoriyalarına iki elmin kəsişməsində - hüquq və fəlsəfə kontekstində baxılır. Müəllif bu kateqoriyaların çoxaspektli olduğunu əsaslandırmaqla onların hüququn tətbiqi təcrübəsindəki və hüququn fəlsəfəsindəki anlayışını təhlil edir. Məqalədə şəxsiyyətin şərəf və ləyaqətinin müdafiəsi ilə əlaqədar olan cari qanunvericilik və müasir məhkəmə təcrübəsi, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun aidiyyatlı qərarları tədqiq edilir.
Xəbərlər
-
February 07, 2023
Publik hüquqi şəxslərin sosial şəbəkələrdəki fəaliyyətlərinin monitorinqi aparılmışdır
-
January 31, 2023
Hüquq tədqiqatçımızın “İnsan alveri qurbanlarının müdafiəsi: beynəlxalq və milli hüquq normaları kontekstində” adlı məqaləsi dərc olunub
-
January 30, 2023
İnstitutun YAP təşkilatının sədri tədbirdə iştirak edib
Nəşrlər
Müsahibələr
-
C.Süleymanovun və Ş.Həsənovanın həmmüəllifliyi ilə “Süni intellekt və mühakimə icraatı: problemlər və tendensiyalar” adlı məqalə dərc olunub
AMEA Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri h.ü.e.d., professor Cavanşir Süleymanovun və aparıcı elmi işçi, h.ü.f.d., dosent Şəlalə Şakir qızı Həsənovanın birgə həmmüəllifliyi ilə […]
-
Sevinc Hüseynovanın “Milli cinayət qanunvericiliyində ekoloji cinayətlər: inkişaf tarixi və müasir vəziyyəti” adlı məqaləsi dərc olunub
İnstitutumuzun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Usub qızı Hüseynovanın “Hüquqi elmlər və təhsil” (Юридические науки и образование) jurnalının 2022-ci il, 66-cı […]