November 23, 2020
“Nə üçün Dağlıq Qarabağ Kosovo ola bilməz?”
22 noyabr 2020-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunun Elmi Şurasının üzvü, hüquq elmləri doktoru Kamal Makili-Əliyevin "The National İnterest" jurnalında "Почему Нагорный Карабах не сможет стать Косово" başlıqlı məqaləsi dərc olunub.
November 05, 2020
Erməni vandalizminə məruz qalan abidələrimizin vəziyyəti tam öyrənilməlidir
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti Rizvan Hüseynovun AZƏRTAC-da "Erməni vandalizminə məruz qalan abidələrimizin vəziyyəti tam öyrənilməlidir" başlıqlı müsahibəsi dərc edilib.
O qeyd edib ki,işğaldan azad olunan ərazilərimizdə tarixi-mədəni abidələrimizin vəziyyəti tam öyrənilməlidir. Çünki ermənilər həmin yerlərdəki abidələrimizi öz adlarına çıxıblar, dağıdıblar, dağıda bilmədikləri isə baxımsız qalıb. Ərazilərimiz işğaldan azad olunduqdan sonra buradakı abidələrin bərpası da aktual məsələlərdəndir.
November 04, 2020
Ermənistan ərazilərimizdə törətdiyi vandal aktlara görə beynəlxalq hüquq qarşısında cavab verəcək
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Esmira Orucovanın AZƏRTAC-da "Ermənistan ərazilərimizdə törətdiyi vandal aktlara görə beynəlxalq hüquq qarşısında cavab verəcək" başlıqlı müsahibəsi işıq üzü görüb.
O qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızda dünya sivilizasiyasının mədəniyyət nümunələri olan abidələrimiz erməni vandalizminin qurbanına çevrilib. Ermənipərəst sovet hakimiyyəti dövründə Azərbaycan ərazisində yerləşən bir çox mədəni-tarixi abidələrimiz dövlət tərəfindən qeydiyyata alınmamışdı. Bu da illər sonra ermənilərə işğal etdikləri Dağlıq Qarabağ və ətraf rayonlardakı minlərlə abidəni “erməniləşdirməyə” imkan verdi. Həmin ərazilərdə yüzlərlə tarixi abidəni öz adlarına rəsmiləşdirən erməni vandalları muzeylərdəki nadir tarixi eksponatları, qiymətli incəsənət nümunələrini talan edib, onlarda əksini tapan Azərbaycan, islam elementlərini silərək, erməni yazıları ilə əvəz ediblər.
November 04, 2020
Ermənilər işğal etdikləri Azərbaycan ərazisindəki abidələrin əksəriyyətini öz adlarına çıxarıblar
AMEA Hüquq və İnsan Haqları İnstitutunun "Mülki hüquq, mülki proses və sosial-iqtisadi hüquqlar" şöbəsinin böyük elmi işçisi, YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Müəllimlər Forumunun və Dünya Tibbi Hüquq Assosiyasının üzvü Aidə Bəndəliyevanın AZƏRTAC-da "Ermənilər işğal etdikləri Azərbaycan ərazisindəki abidələrin əksəriyyətini öz adlarına çıxarıblar" başlıqlı müsahibəsi işıq üzü görüb.
O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı apardığı soyqırımı siyasəti XX əsrin son onilliyində pik həddinə çatdı. Ermənilərin Azərbaycan xalqına qarşı təcavüzü nəticəsində insanlarımız öz doğma yurd-yuvalarından didərgin salınaraq məcburi köçkün vəziyyətinə salındı. Azərbaycan xalqının tarixi-mədəni irsinə və etnik-mədəni dəyərlərinə ağır zərbələr vuruldu. Dağıdılmış mədəni abidələrin sırasında Azərbaycanın islam irsinə məxsus olan məscidlər, habelə pirlər, ocaqlar, ziyarətgahlar, sərdabalar da vardı. Bu siyahıya, həmçinin qədim məzarlıqlar, arxeoloji qazıntılar, alban məbədləri, tarixi əlyazmalar və eksponatları əlavə etmək lazımdır. Ermənilərin törətdikləri bu vandalizm beynəlxalq hüquq normalarına zidd olduğu üçün zaman-zaman bir çox beynəlxalq təşkilatlar tərəfindən qəti şəkildə pislənib.
October 21, 2020
Birinci Qarabağ müharibəsində 71 uşaq itkin düşüb – 29 uşaq hələ də girovluqdadır
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Esmira Orucovanın "lent.az" xəbər portalında "Birinci Qarabağ müharibəsində 71 uşaq itkin düşüb - 29 uşaq hələ də..." başlıqlı müsahibəsi işıq üzü görüb.
O, qeyd edib ki, işğalçı və separatçı Ermənistan 30 ildir ki, beynəlxalq hüquq normalarını pozur.
Dünyaya özünü soyqırıma məruz qalmış “əzabkeş və zavallı” xalq kimi tanıdan erməni quldurları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə başladıqları gündən qadın və uşaqları fiziki, mənəvi, psixoloji işgəncələrə, qeyri-insani rəftara, sülh və insanlıq əleyhinə cinayətlərə məruz qoyublar. Qaradağlı və Xocalı faciələri, Ağdaban və Ballıqaya qətliamları zamanı mülki əhaliyə, o cümlədən qadın və uşaqlara qarşı amansızlıq və görülməmiş vəhşiliklər nümayiş etdiriblər.
October 15, 2020
Düşmən silahlı münaqişələr dövründə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına məhəl qoymur, dünya birliyi isə susur
Bu gün bütün dünya dövlətlərində, xüsusən də silahlı münaqişə şəraitində olan dövlətlərdə qadın və uşaq hüquqlarının müdafiəsi müxtəlif formalar, mexanizmlər, orqan və təşkilatlar çərçivəsində həyata keçirilməlidir. Tərəflərin hərbi münaqişədə əsas humanitar öhdəliklərinə əməl olunduğu şəraitdə daha ədalətli və humanist dünya düzəninə nail olmaq olar. Humanitar hüquq normalarına bütün hallarda əməl olunmalıdır. Çünki bu, bəşəriyyətin həyatının və ümumbəşəri dəyərlərin qorunub saxlanılmasında mühüm rol oynayır.
Müasir qloballaşma şəraitində uşaqların hüquqlarının dolğun şəkildə təmini konkret bir dövlətin imkanları xaricində olmaqla, bütün dünya birliyinin səylərinin birləşdirilməsini tələb edir.
September 29, 2020
Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında törədilən hərbi cinayətlərə görə məsuliyyət daşıyır
Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadənin AZƏRTAC-da "Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunun tələblərinə hörmətsiz yanaşa bilməz" başlıqlı müsahibəsi işıq üzü görüb.
O, qeyd edib ki, müharibə zamanı mülki şəxslərin müdafiəsi Azərbaycan və Ermənistanın da qoşulduğu 1949-cu il Cenevrə konvensiyaları, xüsusilə IV Cenevrə Konvensiyası və bu Konvensiyaya 1977-ci il tarixli 1 saylı Əlavə Protokolla tənzimlənir: “30 ilə yaxındır Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Azərbaycan torpaqlarının işğalı nəticəsində dinc sakinlərimiz Ermənistan silahlı qüvvələrinin hədəfinə çevrilib. İşğal olunmuş ərazilərdə bir milyon azərbaycanlı etnik təmizlənməyə məruz qalıb”.
September 03, 2020
Niyə bəzi iranlı xadimlər tarixi Azərbaycanı “görmür”?
"Bu yaxınlarda Tehran Universiteti Tarix fakültəsi elmi şurasının üzvü tarixçi Q.Rəştiyani Azərbaycanın guya fars və ya iranlı orta əsr məşhur şəxsiyyətlərini mənimsədiyindən narahat olduğunu izhar etmişdir.
Əvvəlcə hörmətli tarixçiyə xatırladaq ki, ilk dəfə 1935-ci ildə dünyanın siyasi xəritəsində görünən İran dövlətinin müxtəlif xalqlarının nümayəndələrinə İranlılar deyilir. Yəni orta əsr şairlərini, elm adamlarını və şəxsiyyətlərini "iranlılar" adlandırmaq, ən azından elmi cəhətdən yanlışdır".
Bu fikirlər AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti Rizvan Hüseynovun "Niyə bəzi iranlı xadimlər tarixi Azərbaycanı “görmür”?" başlıqlı müsahibəsində yer almışdır.
August 26, 2020
Aytən Mustafazadə: “Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunun tələblərinə hörmətsiz yanaşa bilməz”
August 01, 2020
Aytən Mustafazadə: “Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi Qarabağa həsr olunmuş kitablara maraq göstərməlidir”
AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadənin "1news.az"-da "МИД и Госкомитет по диаспоре должны быть заинтересованы в книгах, посвященных Карабаху" sərlövhəli müsahibəsi dərc olunub.
Xəbərlər
-
February 07, 2023
Publik hüquqi şəxslərin sosial şəbəkələrdəki fəaliyyətlərinin monitorinqi aparılmışdır
-
January 31, 2023
Hüquq tədqiqatçımızın “İnsan alveri qurbanlarının müdafiəsi: beynəlxalq və milli hüquq normaları kontekstində” adlı məqaləsi dərc olunub
-
January 30, 2023
İnstitutun YAP təşkilatının sədri tədbirdə iştirak edib
Nəşrlər
Müsahibələr
-
C.Süleymanovun və Ş.Həsənovanın həmmüəllifliyi ilə “Süni intellekt və mühakimə icraatı: problemlər və tendensiyalar” adlı məqalə dərc olunub
AMEA Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri h.ü.e.d., professor Cavanşir Süleymanovun və aparıcı elmi işçi, h.ü.f.d., dosent Şəlalə Şakir qızı Həsənovanın birgə həmmüəllifliyi ilə […]
-
Sevinc Hüseynovanın “Milli cinayət qanunvericiliyində ekoloji cinayətlər: inkişaf tarixi və müasir vəziyyəti” adlı məqaləsi dərc olunub
İnstitutumuzun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Usub qızı Hüseynovanın “Hüquqi elmlər və təhsil” (Юридические науки и образование) jurnalının 2022-ci il, 66-cı […]