January 13, 2021
Əməkdaşımızın Springer beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan nəşrdə məqaləsi çap olunmuşdur
İqtisadi fəaliyyət sahəsində cinayətkarlığın, xüsusən, onun daha mütəşəkkil təzahür formalarının əsas determinantlarından biri “kölgə iqtisadiyyatı”nın mövcudluğudur. Ona görə də “kölgə iqtisadiyyatı” ilə səmərəli mübarizənin təmin edilməsi Azərbaycan Respublikasının dövlət siyasətində əsas istiqamətlərindən birini təşkil edir. Son illərdə ölkəmizdə bu istiqamət üzrə aparılan islahatlar, kompleks institusional tədbirlər “kölgə iqtisadiyyatı”nın, xüsusən, onun daha geniş yayılmış qeyri-rəsmi məşğulluq, ikili mühasibatlığın aparılması kimi xarakterik hallarının xeyli dərəcədə azalmasına imkan vermişdir. Bununla belə, “kölgə iqtisadiyyatı”nın həcmi böyük potensial olduğundan, onunla effektiv mübarizə dövlət büdcəsinin gəlirlərinin artırılması üçün olduqca əhəmiyyət kəsb edir.
January 05, 2021
Rizvan Hüseynov: Şuşanı reallıqda regionun mədəniyyət mərkəzi kimi hamıya necə qəbul etdirməli…
Şuşanın bölgənin mədəniyyət mərkəzi kimi statusunun daha da məşhurlaşması üçün nələr etmək olar? "Şuşanın bölgənin mədəniyyət mərkəzi statusu formatı ənənəvi olaraq Qarabağ xanlığı və ondan əvvəlki dönəmlərdə mövcud olan ənənələr üzərində qurulacaq" bu fikirləri AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, "Qafqaz Tarixi Mərkəzi"nin direktoru Rizvan Hüseynov "Bakı-Xəbər"ə müsahibəsi zamanı bildirib.
December 30, 2020
Aytən Mustafazadə ermənilər tərəfindən əsgər cəsədinin yandırılması barədə: “Bu, faşist əhval-ruhiyyənin sübutudur”
Yayılmış görüntülərdə bir qrup erməni əsgərinin şəhid olmuş Azərbaycan əsgərinin cəsədini necə yandırdığı göstərilir. Mərhumun hərbi əsir olduğu və yəqin ki, eyni ermənilər tərəfindən öldürüldüyü göz qabağındadır. Bu, Qarabağdakı döyüş əməliyyatları zamanı öldürülən Azərbaycan hərbçilərinin və mülki şəxslərin cəsədlərinə qarşı törədilən təhqir aktlarını əks etdirən ilk video deyil.
Qəsdən öldürmə, işgəncə və ya qeyri-insani rəftar ciddi hərbi cinayət və Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır.
December 22, 2020
Aytən Mustafazadə: “Ermənilər Qarabağa nifrət etdiklərini nümayiş etdirdilər”
Hazırda Qərbi Avropa ölkələri və ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr, o cümlədən ABŞ tərəfindən Azərbaycana qarşı hiss olunan qıcıqlanma onların Türkiyəyə qarşı əhval-ruhiyyəsində çıxış yolu tapır.
December 17, 2020
İsrail jurnalında Azərbaycanın qələbəsi haqqında məqalə dərc olunub
İsrailin nüfuzlu "The Times of Israel" jurnalının fransız dilli bölməsində "Multikulturallıq - Azərbaycanın Ermənistan üzərindəki qalibiyyətinin sirli açarı" adlı məqalə dərc olunub. AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Səid Musayevin yazdığı məqalədə son aylarda Fransa mediasında ölkəmizə qarşı aparılan çirkin kampaniyaya, ermənilərin xristian icması olaraq Dağlıq Qarabağda digər xaqlarla birgə yaşaması ilə bağlı beynəlxalq ictimaiyyətdə tərəddüdlər yaratmağa çalışan dairələrə tutarlı cavab verilir. Məqalədə qeyd olunur ki, Azərbaycan ordusunun Qarabağda işğalçı erməni silahlı qüvvələrinə qarşı apardığı 44 günlük əməliyyatlar həm də ədalətin şanlı qələbəsi ilə nəticələndi.
December 16, 2020
Rizvan Hüseynov: “Niyə Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyasını 20-ci illərin xəritələri əsasında müəyyənləşdirməyə çalışır?”
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti Rizvan Hüseynovun First News Media (1news.az) xəbər portalında "Почему Армения стремится провести демаркацию границ с Азербайджаном на основе карт 20-х годов?" başlıqlı müsahibəsi dərc olunub.
December 16, 2020
İqtisadi fəaliyyət sferasında cinayətkarlığın bəzi aspektləri tədqiq olunub
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun "Cinayət hüququ və cinayət prosesi" şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Şəlalə Həsənovanın "İqtisadi fəaliyyət sferasında cinayətkarlığın bəzi aspektləri" mövzusunda məqaləsi beynəlxalq səviyyəli nüfuzlu jurnalda dərc olunub.
Məqalə iqtisadi fəaliyyət sferasında cinayətkarlıqla mübarizənin müxtəlif problemlərinə həsr edilib.
December 14, 2020
Aytən Mustafazadə: “Human Rights Watch özünü Ermənistan silahlı qüvvələrinin müharibə cinayətlərinə dair hesabat hazırlamağa məcbur edib”
Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadənin First News Media (1news.az) xəbər portalında "Human Rigts Watch с натяжкой «выдавила» из себя отчёт о военных преступлениях армянских сил" başlıqlı müsahibəsi dərc edilib.
December 06, 2020
Xudavəng monastırı – Qədim Qafqaz Albaniyasının mirvarisidir
Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru Həcər Verdiyevanın First News Media (1news.az) xəbər portalında "Худавенкский монастырь - жемчужина древней Кавказской Албании" adlı məqaləsi dərc edilib.
November 27, 2020
Aytən Mustafazadə: “Niyə Fransa Senatı İspaniyada və Fransanın özündə öz müqəddəratını təyinetmə hüququ məsələsini qaldırmır?”
Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadənin "1news.az" saytında "Niyə Fransa Senatı İspaniyada və Fransanın özündə öz müqəddəratını təyinetmə hüququ məsələsini qaldırmır?" (Почему французский Сенат не поднимает вопрос о праве на самоопределение в Испании и самой Франции?) başlıqlı müsahibəsi işıq üzü görüb.
O, qeyd edib ki, "“Son onilliklərdə beynəlxalq hüquqda böhran müşahidə olunur və özünün müstəmləkələri olmuş ölkələrdən köç axını ilə qarşılaşan Avropa ölkələri insan hüquqları kontekstində bu problemin öhdəsindən gələ bilməyib".
Xəbərlər
-
February 07, 2023
Publik hüquqi şəxslərin sosial şəbəkələrdəki fəaliyyətlərinin monitorinqi aparılmışdır
-
January 31, 2023
Hüquq tədqiqatçımızın “İnsan alveri qurbanlarının müdafiəsi: beynəlxalq və milli hüquq normaları kontekstində” adlı məqaləsi dərc olunub
-
January 30, 2023
İnstitutun YAP təşkilatının sədri tədbirdə iştirak edib
Nəşrlər
Müsahibələr
-
C.Süleymanovun və Ş.Həsənovanın həmmüəllifliyi ilə “Süni intellekt və mühakimə icraatı: problemlər və tendensiyalar” adlı məqalə dərc olunub
AMEA Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri h.ü.e.d., professor Cavanşir Süleymanovun və aparıcı elmi işçi, h.ü.f.d., dosent Şəlalə Şakir qızı Həsənovanın birgə həmmüəllifliyi ilə […]
-
Sevinc Hüseynovanın “Milli cinayət qanunvericiliyində ekoloji cinayətlər: inkişaf tarixi və müasir vəziyyəti” adlı məqaləsi dərc olunub
İnstitutumuzun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Usub qızı Hüseynovanın “Hüquqi elmlər və təhsil” (Юридические науки и образование) jurnalının 2022-ci il, 66-cı […]