“NATO-NUN AZƏRBAYCANLA ƏMƏKDAŞLIQDA MARAQLI OLMASI OBYEKTİV ƏSASLARA SÖYKƏNİR”

ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer ölkəmizin NATO-nun vacib və etibarlı tərəfdaşı olduğunu deyib. Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üçün qoşun və marşrutların verilməsinə sadiqliyini vurğulayan səfir bildirib ki, rəsmi Bakı qlobal terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dəyərli töhfə verir: "Bütün dünyada sülhün və sabitliyin qorunub saxlanması və inkişafı üçün ölkələrimizin NATO çərçivəsində tərəfdaş kimi əməkdaşlığı üçün yeni yollar axtarırıq”.
Ötən gün NATO-nun baş katibi Yens Stoltenberq də Azərbaycanla sıx əməkdaşlığa xüsusi önəm verildiyini bəyan edib. Baş katib dövlətimizin qaynar regionlarda sülh prosesinin yaranmasına və təhlükəsizliyin təmin olunmasına mühüm dəstək verdiyini söyləyib. Xatırladaq ki, Azərbaycanla NATO arasında tərəfdaşlığın əsası 1994-cü ildə qoyulub.
Ölkəmiz 2003-cü ildən başlayaraq hərbi alyansın Əfqanıstandakı əməliyyatlarına qoşulub. Hazırda Azərbaycanın 6 nəfər qərargah zabiti və 2 nəfər hərbi həkimi olmaqla 120 nəfərlik heyəti "Qətiyyətli Dəstək” missiyasının tərkibində xidmət edir. Dövlətimiz NATO-ya hava və quru tranziti, müxtəlif treninqlər, mina təmizləmə və başqa sahələrdə yardım göstərir. Ələlxüsus 2017-ci ildən etibarən Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstana müxtəlif yönlü daşımalar üçün geniş imkanlar yaradır.
NATO-Azərbaycan əməkdaşlığını "Şərq”ə dəyərləndirən AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq münasibətlər və insan hüquqları” şöbəsinin müdiri, siyasi elmlər doktoru, Elşad Mirbəşiroğlu deyib ki, son dövrlərdə Azərbaycanın bütün sahələrdə artan potensialı ölkəmizə olan diqqəti daha da gücləndirib. Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanla əməkdaşlığın vacibliyi Qərb ölkələri tərəfindən də vurğulanır və əlaqələrin inkişafı ilə bağlı iradə ortaya qoyulur:

"Bu baxımdan NATO-Azərbaycan münasibətləri də diqqəti cəlb edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyin ilk dövrlərindən NATO ilə əməkdaşlığa başlayıb. 1994-cü ildə isə Alyansın Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulub. Ulu öndər tərəfindən imzalanan sənədə əsasən tərəflər arasında əməkdaşlığın taktiki mərhələsi başlayıb. Bu əməkdaşlıq müasir dövrümüzə kimi qarşılıqlı və faydalı şəkildə davam etdirilib. Yəni hər iki tərəfin maraqlarına da cavab verir. NATO dünyanın ən güclü hərbi-siyasi blokudur. Təşkilat dünyada baş verən siyasi və hərbi proseslərə kifayət qədər təsir imkanlarına sahibdir. Həmçinin, Alyans durmadan fəaliyyət zonasını genişləndirməkdə maraqlıdır. Blokun aparıcı ölkələri öz geostrategiyalarını həyata keçirmək üçün dünyanın müxtəlif ölkələrində fəaliyyətlərini genişləndirirlər”.
Analitikin fikrincə, dünyada gedən təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanın NATO-nun fəaliyyətinə yaxından dəstəyi yüksək qiymətləndirilir: "Azərbaycan Əfqanıstandakı missiyaya, sülh prosesinə böyük dəstək verir. Ölkəmiz hərbi bloka öz maraqları çərçivəsində yardım göstərməklə yanaşı, həm də qlobal təhlükəsizliyin qorunması istiqamətində ciddi töhfələr verir. Rəsmi Bakının ən mühüm istəyi odur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində beynəlxalq qurumlar obyektiv mövqe sərgiləsinlər. Hesab edirəm ki, NATO çərçivəsində də bu məqam önə çəkilir. Düzdür, indiyə kimi hərbi Alyans başda olmaqla, heç bir qurum münaqişənin tənzimlənməsi istiqamətində real addım atmayıb. Lakin bütün təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər. Münaqişənin dinc yolla həllinə tərəfdar olublar”.
E.Mirbəşiroğlu bildirib ki, Azərbaycan əməkdaşlıq etdiyi istənilən təşkilat çərçivəsində maraqlarına uyğun addımlar atır:
"Bununla da beynəlxalq münasibətlər sistemindəki mövqelərimizi möhkəmləndiririk. Vurğulamaq lazımdır ki, NATO-nun da Azərbaycanla əməkdaşlıqda maraqlı olması obyektiv əsaslara söykənir”.

">Linkə daxil olaraq müsahibəni oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 177

    Events
  • 10

    Departments
  • 157

    Publications

TƏDBİRLƏRİMİZ