“İnsan alverinə görə məsuliyyət müəyyən edən cinayət qanunvericiliyinin inkişaf tarixi və cəza təyini məsələləri”

İnstitutun “Cinayət hüququ və cinayət prossesi şöbəsinin” böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Hüseynovanın “İnsan alverinə görə məsuliyyət müəyyən edən cinayət qanunvericiliyinin inkişaf tarixi və cəza təyini məsələləri” başlıqlı məqaləsi “Qanun”elmi hüquq jurnalının №3(305) aprel 2020-ci il tarixli buraxılışında dərc olunub.
Məqalədə insan alveri və onunla bağlı kiriminal əməllərə görə məsuliyyət müəyyən edən cinayət hüquq normaları təhlil edilmiş, qanunvericilik sisteminin formalaşması tarixinə baxış keçirilmişdir. Tədqiqat işində insan alverinə görə məsuliyyət müəyyən edən cinayət qanunvericiliyinin inkişaf tarixi və cəza təyini məsələlərinə önəm verilmişdir. Azərbaycan Respublikasının qəbul etdiyi ilk Cinayət Məcəlləsindən başlayaraq, hazırda qüvvədə olan qanunvericilik sistemindəki insan alveri ilə bağlı normalar, mahiyyət etibarı ilə yaxın olan – insan alverini müşaiyyət edə biləcək cinayət tərkibləri şərh edilmiş, hazırkı Cinayət Məcəlləsində təkmil olan insan alveri normasının hipotezası,dispoziyası və sanksiyası barədə müfəssəl təhlil aparılmışdır.
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiz - www.qanun.az/category/qanun-jurnali

Rəqəmlərdə

  • 249

    Events
  • 10

    Departments
  • 167

    Publications

TƏDBİRLƏRİMİZ