“Ermənistanın imitasiya xarakterli davranışları həmsədr ölkələri ciddi düşündürməlidir”

Həmsədrlərin regiona səfərini sadəcə olaraq bir bucaqdan qiymətləndirmək olar. Bu da ondan ibarətdir ki, münaqişənin tənzimlənməsi istiqamətində kommunikasiya çalxalanır. Təəssüfki, münaqişənin tənzimlənməsi istiqamətində real nəticələrə toplanmış hesab görmürük. Hər şeydən öncə həmsədrlərin münaqişə vəziyyəti ilə bağlı tam obyektiv mövqe müşahidə etmirik”.
Bu fikirləri Azadinform-a AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq münasibətlər və insan hüquqları” şöbəsinin müdiri, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu həmsədrlərin regiona səfərini şərh edərkən deyib.
O bildirib ki, Ermənistan işğalçılıq siyasətini həyata keçirir və Azərbaycan ərazisindəki təcavüzkarlığı dəstəkləyir: “Bu haqda kifayət qədər informasiyanın olmasına baxmayaraq ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri işğalçılıq siyasətinin aradan qaldırılması, Ermənistanın işğalına son qoyulması ilə bağlı Ermənistana qarşı hər hansı bir təzyiq həyata keçirmir.Paşinyanın açıq mövqeyi ondan ibarətdir ki, status-kvo vəziyyətini saxlasın. Paşinyan hökumətin 5 illik fəaliyyət proqramını təqdim edərkən parlamentdə də açıq şəkildə dedi ki, bundan sonra onlar qondarma Dağlıq Qarabağ rejiminin danışıqlar prosesində ayrıca bir tərəf kimi iştirakına nail olmağa çalışacaqlar.Bununla yanaşı, Paşinyan həmdə digər sərtr itorikaya üstünlük verdi. Həmçinin əlavə olaraq çox ziddiyyətli fikirlər səsləndirdi. Belə bir mövqe fonunda təbii ki, Ermənistanla münaqişənin dinc tənzimlənməsi istiqamətində bir yola çıxmaq mümkün deyil. Görünən odur ki, Paşinyanda digər sələfləri kimi Qarabağ münaqişəsi kartından hakimiyyətdəki mövqelərinin möhkəmləndirilməsi üçün istifadə edir. Çünki Paşinyan ölkəni sosial-iqtisadi durğunluq vəziyyətindən çıxara bilməyəcək və bunun fərqindədir.Ona görə
də kütləni aldatmaq üçün münaqişə vəziyyəti ilə bağlı sərt mövqeyini nümayiş etdirir. Yəni diqqəti əsas problemlərdən çox münaqişəyə yönəldir. Belə bir yanaşma münaqişənin dinc tənzimlənməsinə kölgə salır”.
Politoloq əlavə edib ki, ATƏT-in Minsk qrupu
Ermənistanla artıq onun başa düşəcəyi dildə danışmalıdır: “Bunun zamanı çoxdan çatıb. Əks təqdirdə belə fəaliyyət sırf deklorativ xarakter daşıyır. Azərbaycanın konstruktiv mövqeyi ortadadır. Cənab Prezident dəfələrlə qeyd edib ki, Azərbaycan münaqişənin dinc, beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsində maraqlıdır. Bu istiqamətdə lazım olan bütün addımlar ıatır. Azərbaycanın digər mövqeyi də ondan ibarətdir ki, danışıqların subyektləri rolunda Ermənistan və Azərbaycan çıxış edir. Başqa hər hansı digər bir variant ümumiyyətlə nəzərdən keçirilmir və bu qəbul edilməzdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın obyektiv, real və ədalətli mövqeyi ortada olduğu halda Ermənistanın imitasiya xarakterli davranışları ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini ciddi düşündürməlidir”.

Linkə daxil olaraq müsahibəni oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 181

    Events
  • 10

    Departments
  • 162

    Publications

TƏDBİRLƏRİMİZ