“Ermənistan konstruktiv yola gəlməyə məcbur olacaq”


"Nikol Paşinyan hakimiyyətə gələndən sonra ilk dəfə olaraq ATƏT-in Minsk Qrupunun təşkilatçılığı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi problemini müzakirə etmək üçün Azərbaycan Respublikasının Prezidenti ilə görüş keçirilib. Buna qədər Düşənbədə və Davos Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüşlər olub. Bu görüşün əsas səciyyəvi cəhəti ondan ibarətdir ki, görüş ərəfəsində münaqişə vəziyyətində Azərbaycanın mövqeyinin güclənməsinə dəlalət edən mühüm hadisələr baş verib". Bunu SİA-ya açıqlamasında AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq münasibətlər və insan hüquqları” şöbəsinin müdiri, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu deyib.
"Nikol Paşinyan hakimiyyətə gələndən sonra ilk dəfə olaraq ATƏT-in Minsk Qrupunun təşkilatçılığı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi problemini müzakirə etmək üçün Azərbaycan Respublikasının Prezidenti ilə görüş keçirilib. Buna qədər Düşənbədə və Davos Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüşlər olub. Bu görüşün əsas səciyyəvi cəhəti ondan ibarətdir ki, görüş ərəfəsində münaqişə vəziyyətində Azərbaycanın mövqeyinin güclənməsinə dəlalət edən mühüm hadisələr baş verib". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Politoloqun sözlərinə görə, fevral ayında Minsk Qrupunun həmsədrləri regiona səfər zamanı Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə görüşlər keçirdilər: "Martın 9-da həmsədrlər Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən birgə bəyanat yaydılar. Həmin vaxt Paşinyan münaqişənin tənzimlənməsinə mane olan mövqe nümayiş etdirdi. Mövqe ondan ibarət idi ki, separatçı Dağlıq Qarabağ rejimini danışıqlara cəlb etməyə çalışdı. Vyanada keçirilən görüşdə Azərbaycanın mövqeyinin möhkəmlənməsi görüşün xarakterinə ciddi təsir göstərdi. Danışıqlar üçüncü tərəf olmadan Azərbaycanla Ermənistan arasında baş tutdu. Üç saatdan çox davam edən görüş zamanı münaqişənin həll olunması üçün ali səviyyədə danışıqların davam etdirilməsinin zəruriliyi ifadə olundu. Bütün bunlar onu göstərir ki, Azərbaycan addım-addım ərazi bütövlüyünün təmin olunacağı günə yaxınlaşır. Artıq bu istiqamətdə ictimai rəy formalaşıb. Ermənistan işğalçı ölkədir və münaqişənin həllinə məsuliyyətli tərəf kimi ATƏT-in vəzifəsi ondan ibarət olmalıdır ki, problemin həllində tərəflərin siyasi iradələrini qiymətləndirsinlər. Paşinyan münaqişənin ədalətli yolla həllindən narahat olaraq siyasi oyunlar qurmaq istəyir. Ancaq buna baxmayaraq Azərbaycanın siyasi və diplomatik potensialı güclənir. Bunun nəticəsində Ermənistan konstruktiv yola gəlməyə məcbur olacaq.
Vyana görüşündə Azərbaycan dövləti öz qəti mövqeyini ortaya qoydu və bundan geri çəkilməyəcəyini bəyan etdi. Görüşdən sonra müşahidə olunan əsas məqamlardan biri də ondan ibarət oldu ki, N.Paşinyan düşdüyü vəziyyətin ağırlığını hiss edir. Belə ki, o, erməni icmasının nümayəndələri ilə görüşü zamanı sanki özünə bəraət qazandırmağa çalışırdı və görüş zamanı hər hansısa addımın atılmadığını əsaslandırmağa çalışırdı. Azərbaycan Prezidenti isə görüşdə bir daha qəti mövqe ortaya qoydu. Yəni, münaqişənin tənzimlənməsi məsələsi Ermənistan və Azərbaycan arasında müzakirə olunmalıdır. N.Paşinyan görüşdən sonra sanki separçı rejimə yönəlik hesabat verirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avstriyaya səfəri Azərbaycan və Avstriya arasında münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçısı Avstriyanın Federal Kansleri, Federal Prezidenti və vitse-kansleri ilə görüşlər keçirdi. İki ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni bir əməkdaşlıq formatı yaradıldı. Burada da iki ölkənin aidiyyəti nazirləri, işgüzar dairələri bir araya gətirilir. Bir sözlə, Prezident İlham Əliyevin Vyana səfəri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi, həm də Azərbaycan-Avstriya münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".

">Linkə daxil olaraq müsahibəni oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 181

    Events
  • 10

    Departments
  • 162

    Publications

TƏDBİRLƏRİMİZ