“Dünyanın hazırkı gərgin vəziyyətinə görə müqəssir axtarılırdı”

“Ümumiyyətlə, 55-ci Münhen təhlükəsizlik konfransı bir sıra səciyyəvi tərəfləri ilə yadda qaldı. Belə ki, hər şeydən öncə iştirakçılar qlobal təhlükəsizlik məsələlərini çox da aktual müzakirə etmədilər. Konfransın işindən yadda qalan əsasən qarşılıqlı ittihamlar oldu. Hiss olunurdu ki, əsasən dünyanın hazırkı gərgin vəziyyətinə görə müqəssir axtarılırdı. Bu baxımdan, hesab edirəm ki, həm sonuncu, həm də bundan əvvəlki konfransda beynəlxalq təhlükəsizlik məsələlərin müzakirəsi və təhlükəsizlik məsələlərinin həlli ciddi diqqət mərkəzində olmayıb”. Bunu SİA-ya açıqlamasında AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq münasibətlər və insan hüquqları” şöbəsinin müdiri, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu deyib.
Politoloqun sözlərinə görə, Münhen Təhlükəsizlik konfransı təhlükəsizlik məsələlərinin müzakirə olunduğu effektiv platforma statusunu itirməkdədir: “Bunun göstəricilərindən biri də gözlənilənlərin əksinə olaraq, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün baş tutmamasıdır. Halbuki Münhen Təhlükəsizlik konfransı kimi önəmli bir platformada bu görüşün keçirilməsi əhəmiyyətli ola bilərdi. Xüsusilə Ermənistanın ziddiyyətli mövqeyi, münaqişənin dinc tənzimlənməsi prosesinə kölgə salan bəyanatlardan sonra bu görüş vacib idi. Çünki, ənazındanErmənistanınsonmövqeyininmüəyyənləşdirilməsiimkanıyaranardı.
Hesabedirəmki, bugörüşünkeçirilməməsininbaşlıcasəbəbiondanibarətidiki, birincisi, dünyadövlətləriarasındakonfrantasiyagetdikcədərinləşirvəqarşılıqlıittihamlar, digərproblemlərdiqqətdənkənardaqalır. İkincisi, Ermənistanhakimiyyətidanışıqlarahazırolmadığınınümayişetdirir. Bunagörədəziddiyyətlimövqenümayişetdirir. Buməqamdanəzərəalmaqlazımdırki, Normanddördlüyününgörüşüdəkeçirilmədi. Deməli, heçUkraynaproblemidəQərbüçünəvvəlkiaktuallığıkəsbetmir”.

Linkə daxil olaraq müsahibəni oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 181

    Events
  • 10

    Departments
  • 162

    Publications

TƏDBİRLƏRİMİZ