Çin dünyaya təkcə virusla zərər verməyib

AMEA Hüquq və İnsan Haqları İnstitutunun "Mülki hüquq, mülki proses və sosial-iqtisadi hüquqlar" şöbəsinin böyük elmi işçisi, YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Müəllimlər Forumunun və Dünya Tibbi Hüquq Assosiyasının üzvü Aidə Bəndəliyeva bildirir:
“Hazırda dünya mətbuatı COVİD-19 virusunun Çinin Uhan şəhərində, laboratoriyada virusların saxlandığı buzxananın qapısının sınıq olması nəticəsində, məhz həmin laboratoriyadan yayılması və bir çox kəşfiyyat orqanlarının bunun Çində hazırlandığı, yayılma gerçəkliyini araşdırması və s. bu səpkidə yazılar yazmaqdadır. Lakin, vacib bir məqamı da qeyd etmək istərdim ki, indiyənə qədər dünya mətbuatında Çinin uzun illərdir istehsal etdiyi saysız hesabsız keyfiyyətsiz məhsullarının insanların sağlamlığına necə zərərli təsirlər vurması barədə silsilə ciddi yazılar sərgilənmədi. ÜST da daxil olmaqla mütəxəssislər məhz bu məhsulların insanlara müxtəlif xəstəliklər və zərərlər gətirməsi haqqında ciddi araşdırmalar aparıb, onlara qarşı zamanında mübarizə aparıb, beynəlxalq miqyaslı təpki vermədikləri üçün, bu məsuliyyətsizlik həddini aşdı.
Bəlkə də çoxları bilmir ki, bu məhsullar insanlara nələr “bəxş edib”? Elə isə, bəzilərini sadalayım: keyfiyyətsiz günəş və optik eynəklər görmə orqanları xəstəlikləri, keyfiyyətsiz məhsullardan hazırlanan ayaqqabılar oynaq xəstəliklərini, qeyim ləvazimatları dəridə allergik xəstəlikləri, keyfiyyətsiz metallardan mətbəx qabları və rənglənmiş hamam-- mətbəx əşyalarının toksiki təsirləri, keyfiyyətsiz materiallardan ev əşyaları, yataq üzləri, xalça və kovralit döşəmələrlə döşənmiş otaqlarda yuxarı tənəffüs yolları xəstəlikləri, uşaq oyucaqlarının uşaqlarda dəri və allergik toksiki fəsadları, üstəlik bunlar azmış kimi, süni ərzaq məhsulları ( ət, yumurta, kələm və s) və bu kimi yüzlərlə məhsulların sürətli istehsal edilib, dünya ölkələrinin bazarlarında, onların ən keyfiyyətli brend firmalarının yalançı “kopirovka” edilmiş məhsulları adı altında elə onların özlərinə yüz dəfə ucuz qiymətə “sırınmağa” başladı.
İndi vəziyyət elə həddə gəlib çatıb ki, alimlərin çoxu da “kitayski” hazırlanır. Necə deyərlər, “ucuz ətin şorbası olmadığı” kimi, bu məhsullar insanlara allergiya, zəhərlənmələr, xərçəng, dölsüzlük, immun sistemin son dərəcə zəifləməsi və s. kimi onlarla problemlər gətirdi və gətirməkdədir. “Kitayski” alimlərin çoxu isə, demək olar ki, heç bunların fərqində belə deyil. Zamanında milyonlara öz keyfiyyətsiz məhsullarını dünya bazarlarına sırıyan bir məmləkətə, dünya ölkələri öz cavab reaksiyasını versəydi, bu gün də vəziyyət gəlib, bu həddə çatmazdı. Belə dünyəvi məsələləri yalnız ictimai qınaqla yox, beynəlxalq hüquqi müstəvidə həll etmək lazımdır. Çünki, yer kürəsi canlılara sağlam yaşamaq üçün verilib, onu şüurlu şəkildə məhv etmək üçün yox!”

Rəqəmlərdə

  • 249

    Events
  • 10

    Departments
  • 167

    Publications

TƏDBİRLƏRİMİZ