Professor Aytən Mustafazadə: “Xüsusi karantin rejiminin yumşaldılmasından sui-istifadə etməməliyik”

Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadənin azərtac.az saytında "Xüsusi karantin rejiminin yumşaldılmasından sui-istifadə etməməliyik" başlıqlı müsahibəsi dərc olunub:
"Bu gün bütün dünya COVID-19 koronavirus pandemiyası ilə mübarizə aparır. Belə bir dönəmdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi tapşırıqlar verilməklə vətəndaşların konstitusion ali hüququ - sağlamlığın qorunması və bunun üçün lazımi sanitar-epidemioloji tədbirlərin görülməsi, infrastruktur və digər şəraitin yaradılmasının dövlətimiz tərəfindən təmin olunması xüsusi təqdirəlayiq haldır.
Ölkə başçısının birbaşa nəzarəti altında həyata keçirilən qabaqlayıcı tədbirlərin müsbət nəticəsi danılmazdır. Verilən qərarlara, özünütəcrid qaydalarına riayət etsək, tez bir zamanda virusdan xilas ola bilərik. Bu mübarizədə hər bir vətəndaşın üzərinə məsuliyyət düşür. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına əsasən aprelin 27-dən və mayın 4-dən ölkədə karantin məhdudiyyətlərinin bir qismi yumşaldılıb. Buna baxmayaraq, hələ də ölkəmiz və bir çox vətəndaşımız bu virusla mübarizə aparır. Sevdiyimiz insanların, cəmiyyətimizin sağlam olmasını istəyiriksə, xüsusi karantin rejiminin yumşaldılmasından sui-istifadə etməməliyik.
Dünya ölkələrinin təcrübəsindən də göründüyü kimi, COVID-19 virusu ilə mübarizə uzunmüddətli prosesdir, xəstəliyə qarşı qabaqlayıcı tədbirlər davam etdirilməlidir. Hər bir vətəndaşımız sosial məsuliyyətindən irəli gələrək, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmalı, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir.
“Əhali tərəfindən xüsusi karantin qaydalarına əməl edilməməsi Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyini təhlükə altında qoyur. Xəstəliyin simptomları müşahidə edilməyən yoluxmuş insanların aramızda ola biləcəyini nəzərə alsaq, əhalinin sıx təmasları, ciddi zərurət olmadığı halda evdən çıxmaları, karantin dövrünün tələblərinə tabe olmamaları pandemiyanın yeni, “ikinci dalğa”sının meydana çıxması ilə uzunmüddətli karantin rejiminə keçilməsinə səbəb ola bilər. Belə halların baş verməməsi üçün dövlət tərəfindən irəli sürülən bütün tələblərə ciddi riayət olunmalıdır”, - deyə professor Aytən Mustafazadə qeyd edib.
İnstitut direktoru məlumat verib ki, rəhbərlik etdiyi elmi müəssisənin əməkdaşları da “Evdə qal” çağırışına həmrəylik göstərərək fəaliyyətlərini evdən, onlayn davam etdirir, elmi fəaliyyət sahələrinə uyğun olaraq onlayn konfranslara qatılır, görüşlərdə iştirak edir, elmi məqalə və tezislər yazırlar".
Müsahibəni linkə daxil olmaqla oxuya bilərsiz: https://azertag.az/xeber/Professor_Ayten_Mustafazade_Xususi_karantin_rejiminin_yumsaldilmasindan_sui_istifade_etmemeliyik-1478499#.XrAVQ2bGO9c.whatsapp

Rəqəmlərdə

  • 249

    Events
  • 10

    Departments
  • 167

    Publications

TƏDBİRLƏRİMİZ