Gənc tədqiqatçımızın “Securing human rights during armed conflicts” adlı məqaləsi nəşr olundu

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun "Beynəlxalq hüquq"şöbəsinin əməkdaşı Günel Abdıyevanın "Juridical Sciences and education"( Юридические Науки И Образование) jurnalında "Securing human rights during armed conflicts" adlı məqaləsi nəşr olunub.
Bu məqalədə silahlı münaqişələr zamanı şəxslərin müdafiəsini təmin edən beynəlxalq insan hüquqları hüququ və beynəlxalq hümanitar hüquq sahələrinin anlayışları verilmiş, onların qarşılıqlı təhlilləri aparılaraq oxşar və fərqli cəhətləri qeyd olunmuşdur. Həmçinin, məqalədə Avropa İnsan Hüquqları Məhkəməsinin silahlı qarşıdurmalar zamanı insan hüquqlarının pozulması ilə bağlı təcrübi mövqeyi araşdırılmış və məhkəmənin baxdığı bəzi işlər təhlil edilmişdir. Məqalənin nəticə hissəsində isə silahlı qarşıdurmalar zamanı insan hüquqlarının pozulması hallarının azaldılması üçün dövlətlərin və beynəlxalq təşkilatların görməli olduğu işlər barəsində təkliflər verilmişdir.
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 249

    Events
  • 10

    Departments
  • 167

    Publications

TƏDBİRLƏRİMİZ