“Faşistlərin qəhrəmanlaşdırılması yolverilməzdir”

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş  elmi işçisi, tarix elmləri doktoru, professor Həcər Verdiyevanın “Faşistlərin qəhrəmanlaşdırılması yolverilməzdir” başlıqlı elmi-publisistik məqaləsi xalqxeber.az saytında yayımlanıb. Məqalədə deyilir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a verdiyi müsahibəsində qeyd etmişdir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etdi, ancaq erməni faşizmi məhv edilməyib. Bu gün Ermənistanda faşistlər qəhrəmanlaşdırılır. Faşizmin daşıyıcılarından olan Njdeyə Ermənistanın paytaxtında abidə ucaldılıb. Erməni faşizminin ilhamvericiləri, uşaq qatilləri Sarkisyan, Koçaryan revanşist iddialarla çıxış edirlər.
Məqalə müəllifi  erməni faşizminin cinayətlərini diqqətə çatdırıb göstərmişdir ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan hərbi cinayət törədərək döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərini bir neçə dəfə qadağan olunmuş silahlardan atəşə tutub. Bu cinayətin nəticəsində Gəncədə 6 uşaq olmaqla 26 mülki vətəndaş erməni faşizminin qurbanı olub. Həcər Verdiyeva Prezident İlham Əliyevin verdiyi müsahibəsində belə bir fikri vurğulamışdır ki,bu hərbi cinayətə qarşı dünya ictimaiyyəti və bütün ölkələr mübarizə aparmalıdır.

Müsahibəni linkə daxil olmaqla oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 379

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ