Gənc alimimizin yeni məqaləsi dərc olundu

AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Hüquq sahələrinin müqayisəli təhlili” şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Zamiq Aslanovun “Elmi – texniki tərəqqi və dövlətdaxili hüquq” mövzusunda yazdığı məqaləsi “Qanun” elmi hüquq jurnalının №3(305) 2020-ci il buraxılışında çap olunub.
Bu məqalə elmi-texniki tərəqqi və dövlətdaxili hüququn qarşılıqlı əlaqəsi ilə bağlı məsələlərə həsr olunmuşdur. Müəllif göstərir ki, elmi-texniki tərəqqi yaradıcılıq azadlığı, fikir və söz azadlığı, təhsil hüququ, şəxsi həyat sirrinin qorunması hüququ, yaşamaq hüququ, sağlamlıq hüququ kimi fundamental subyektiv hüquqlar və onların həyata keçirilməsi şərtləri və təminatları ilə sıx surətdə bağlıdır. Həmçinin elmi-texniki tərəqqi prosesinin konstitusion təsbiti zəruri hesab edilir.
Məqaləyə bu linkdən daxil ola bilərsiz - www.qanun.az/category/qanun-jurnali

Rəqəmlərdə

  • 249

    Events
  • 10

    Departments
  • 167

    Publications

TƏDBİRLƏRİMİZ