Birinci Qarabağ müharibəsində 71 uşaq itkin düşüb – 29 uşaq hələ də girovluqdadır

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Esmira Orucovanın "lent.az" xəbər portalında "Birinci Qarabağ müharibəsində 71 uşaq itkin düşüb - 29 uşaq hələ də..." başlıqlı müsahibəsi işıq üzü görüb.
O, qeyd edib ki, işğalçı və separatçı Ermənistan 30 ildir ki, beynəlxalq hüquq normalarını pozur.
Dünyaya özünü soyqırıma məruz qalmış “əzabkeş və zavallı” xalq kimi tanıdan erməni quldurları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə başladıqları gündən qadın və uşaqları fiziki, mənəvi, psixoloji işgəncələrə, qeyri-insani rəftara, sülh və insanlıq əleyhinə cinayətlərə məruz qoyublar. Qaradağlı və Xocalı faciələri, Ağdaban və Ballıqaya qətliamları zamanı mülki əhaliyə, o cümlədən qadın və uşaqlara qarşı amansızlıq və görülməmiş vəhşiliklər nümayiş etdiriblər.
Xatırladıb ki, terror və soyqırımı siyasətini dövlət siyasətinə çevirən işğalçı Ermənistanın Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddiası artıq 30 ildir davam edir: “1993-cü ildən Ermənistanın dövlət səviyyəsində Cenevrə Konvensiyalarına qoşulmasına baxmayaraq, hərbi əməliyyatlar nəticəsində yaranmış fəlakətləri yüngülləşdirmək məqsədi ilə tənzimləyən, silahlı münaqişələr dövründə tətbiq edilən yeganə qaydalar məcəlləsi olan və “müharibə hüququ” adlanan humanitar hüquq erməni hərbçiləri tərəfindən bu günə kimi kobudcasına pozulur.
Müsahibəni linkə daxil olmaqla oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 270

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ