Alimimizin “Elmi-texniki tərəqqinin mahiyyəti və xüsusiyyətləri” adlı məqaləsi dərc olundu

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Hüquq sahələrinin müqayisəli təhlili şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Zamiq Aslanovun "Elmi-Texniki tərəqqinin mahiyyəti və xüsusiyyətləri" adlı məqaləsi "Tarix və onun problemləri" (2020, xüsusi buraxılış, s.187-192) jurnalının ll Qarabağ savaşında Azərbaycanın qalibiyyətinə həsr olunmuş xüsusi buraxılışında dərc olunmuşdur.
Bu məqalədə elmi-texniki tərəqqinin mahiyyəti və xüsusiyyətləri təhlil edilmişdir. Müəllif elmi-texniki inqilab və elmi-texniki tərəqqi anlayışlarını, habelə müasir elmi-texniki tərəqqini əvvəlki dövrlərin elmi-texniki tərəqqisindən fərqləndirən xüsusiyyətləri qeyd edir. Elmi-texniki tərəqqi elm, texnika və texnologiyanın inkişafı, əmək predmetlərinin, istehsalın təşkilinin forma və metodlarının təkmilləşdirilməsi üzrə arasıkəsilməz proses kimi xarakterizə olunur.

Rəqəmlərdə

  • 316

    Events
  • 10

    Departments
  • 170

    Publications

TƏDBİRLƏRİMİZ