Əməkdaşımızın “İnsan alveri cinayət tərkibinin subyektiv əlamətləri” adlı məqaləsi dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru
Sevinc Usub qızı Hüseynovanın "İnsan alveri cinayət tərkibinin subyektiv əlamətləri" adlı məqaləsi "Hüquqi müstəvi" elmi-nəzəri, təcrübi jurnalında (Bakı, 2021, № 1, s.198-204) dərc edilib.
Məqalədə cinayətin subyekti və subyektiv əlamətlərinin mahiyyətindən, cinayətin subyektiv əlamətlərinin məcmusundan, eləcə də insan alveri cinayət tərkibinin subyekti və subyektiv cəhətindən bəhs olunur. Məqalədə qeyd edilir ki, AR CM-nin 144-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti 16 yaşına çatmış istənilən anlaqlı fiziki şəxs ola bilər. CM-nin 144-1-ci maddəsi – insan alveri cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur. Təqsirli şəxs insana münasibətdə həyata keçirilən əməllərin ictimai-təhlükəli xarakterini tərk edir və bu hərəkətləri törətməyi arzu edir. AR CM-nin 144-1.1 və 144-1.2-ci maddələrində nəzərdə tutulmuş – insana münasibətdə cəlb etmə, gizlədilmə, daşınma, verilmə və s. bu kimi hərəkətlərə münasibətdə təqsirli şəxsin psixi münasibəti birbaşa qəsd, zərərçəkən şəxsin ölümünə, sağlamlığına ağır zərər vurulmasına və ya digər ağır nəticələr münasibətdə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur.

Müsahibəni linkə daxil olmaqla oxuya bilərsiz..

Rəqəmlərdə

  • 284

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ