Əməkdaşımızın beynəlxalq ekspertlər ilə birlikdə həmmüəllif olduğu monoqrafiyası işıq üzü gördü

Azərbaycan Respublikasının müasir şəraitdə dövlət siyasətinin əsas istiqamətlərindən biri kölgə iqtisadiyyatı ilə mübarizədə uğurlu nəticələrə nail olunmasıdır. Dövlətimiz tərəfindən bu sahədə kompleks xarakterli və institusional tədbirlər həyata keçirilir. İnstitumuzun elmi tədqiqat fəaliyyətində bəhs edilən mövzunun kifayət qədər aktual olduğu diqqətdə saxlanılır.
Bu günlərdə institutumuzun əməkdaşı, hüquq üzrə elmlər doktoru Nazim Əliyevin Zabaykal Dövlət Universitetinin nəşriyyatında Rusiya Federasiyası “İqtisadiyyat, İdarəetmə və Sahibkarlıq Ali Məktəbi” Elmi-tədqiqat İnstitutunun direktoru, “Теневая экономика” elmi-praktik jurnalının baş redaktoru, BMT-nin gizli iqtisadiyyat və kiçik sahibkarlıq məsələləri üzrə eksperti, iqtisad elmləri doktoru Vitaliy Yuryeviç Burov və digər xarici ölkələrin (Çin, Özbəkistan) mütəxəssisləri ilə birlikdə həmmüəlliflik şəklində hazırlamış olduqları “Противодействие теневой экономике и определение ее масштабов: отечественный и зарубежный опыт (теория и практика) (Countering the Shadow Economy and Detemining its Scale: National and Foreign Experience (the Theory and Practice)” adlı monoqrafiyası işıq üzü görüb.
Birgə layihənin məhsulu olan əsərdə gizli iqtisadiyyatın tədqiqinin nəzəri və metodoloji məsələləri işıqlandırılmış, gizli iqtisadiyyatın və onunla əlaqəli olan korrupsiyanın miqyasının müəyyən edilməsinin metodları nəzərdən keçirilmiş, bu neqativ hadisələr ilə mübarizəyə dair elmi yanaşmalar təhlil edilmiş, praktiki nümunə kimi bəzi ölkələrdə gizli iqtisadiyyatın miqyas göstəriciləri öz əksini tapmışdır. İngilis dilində xülasələri olan monoqrafya Zabaykal Dövlət Universiteti tərəfindən istifadə olunması məqsədi ilə Rusiya Federasiyasi ilə yanaşı, MDB-nin bir sıra dövlətlərinə, o cümlədən Çin Xalq Respublikasının və Sinqapurun təhsil müəssisələrinə təqdim olunub.

Rəqəmlərdə

  • 284

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ