Bu gün dünya ölkələrinin bir çoxunda cəmiyyətin qarşılaşdığı mühüm problemlərdən biri də erkən nikahlar hesab olunur. Mütəxəssislərin qənaətincə, erkən nikah problemi bir neçə səbəbdən qaynaqlanır.
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru İlham Əliyev Elm TV-yə müsahibəsində məsələnin hüquqi dəyərini, qanunvericilikdə necə əks olunduğunu şərh edib.
O deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə görə, nikaha girməyə yalnız qanunla müəyyən olunmuş vaxtda icazə verilir.
İlham Əliyev məsələnin Cinayət Məcəlləsində öz əksini necə tapdığı barədə də ətraflı məlumat verib.