Aytən Mustafazadə: “Televiziya gün ərzində heç olmasa bir dəfə sosial reklam verməlidir”

AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafazadənin 1news.az saytına müsahibəsi.

Müsahibə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyinə həsr edilmişdir. Bu tarixi sənədin hazırda hansı əhəmiyyət kəsb etməsi ilə bağlı suala cavab verən A.Mustafazadə qeyd etmişdir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bəşəri nailiyyət, dünyada mənəvi təkamülün və yaranmış şəraitə tənqidi yanaşmanın yekunudur. İstisnasız olaraq bütün insanlara ünvanlanan Bəyannamənin qəbul edilməsi müharibələr zamanı, eləcə də insanların hüquqlarının pozulduğu dövlətdaxili və dövlətlərarası toqquşmalarda onların müdafiəsinin zəruriliyi ilə bağlıdır. İntellektin və texnologiyaların inkişafı ilə əlaqədar olaraq biz düşünürük ki, texnologiyalar bir tərəfdən insana kömək edir, digər tərəfdən isə ziyan da vura bilir. Bəyannamə insanlara sağlamlığın qorunması, sağlam cəmiyyətin maraqlarının müdafiəsi, azad söz və düşüncə, etiqad azadlığı hüququ vermiş, kiçik xalqların hüquqlarını, siyasi hüquqları, seçki hüququnu və s. təmin etmişdir.

Müstəqillik illərində Azərbaycanın insan hüquqları sahəsində əsas nailiyyətinin nədən ibarət olması ilə əlaqədar A.Mustafazadə bildirmişdir ki, son 20 il çoxsaylı nailiyyətlərlə yadda qalmışdır. İlk növbədə, təkcə sadə vətəndaşlar arasında deyil, həmçinin məmurlar, parlament üzvləri arasında da maarifçilik səviyyəsi xeyli yüksəlmişdir. Azərbaycanın penitensiar sistemi yaxşı inkişaf edir, məhkəmələr son illər ərzində xeyli tərəqqi etmişdir. Azərbaycanda “Əhalinin reproduktiv sağlamlığı haqqında” qanunu da proqressiv addım saymaq olar. Hazırda “Pasiyentlərin hüquqları haqqında” qanun öz növbəsini gözləyir.

Son illər korrupsiya ilə mübarizə, yoxsulluğun səviyyəsinin azaldılması, vətəndaşların sosial-iqtisadi müdafiəsi, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması genişlənmişdir.

Azərbaycanda insan hüquqları sahəsində daha bir əhəmiyyətli istiqamətlərdən olan kütləvi informasiya vasitələrində sosial reklamın tətbiqini göstərmək olar. Televiziya gün ərzində heç olmasa bircə dəfə bir neçə saniyəlik sosial reklam verməlidir.

Bugünkü beynəlxalq hüququn əsas problemlərinin nədən ibarət olması ilə bağlı qeyd olunmuşdur ki, insan hüquqları sahəsində təkamül sonsuzdur. Bunu Avropa ölkələrinin timsalında görmək olar. Hətta insan hüquqlarının beşiyi hesab edilən Fransada bu, çox ciddi şəkildə pozulur. Beynəlxalq hüququn qeyri-səmərəliliyi beynəlxalq səviyyəli problemdir. Beynəlxalq strukturlar bəyannamələr, qətnamələr qəbul etsələr də, onları icra etmirlər. Məsələn, Azərbaycana qarşı ikili standartlar tətbiq edilir. BMT Təhlükəsizlik Şurası Azərbaycan üzrə 4 qətnamə qəbul etmişdir. 20 il keçmiş, lakin bu qətnamələr gerçəkləşdirilməmişdir. Beynəlxalq təşkilatlar Ermənistanla münaqişə nəticəsində qaçqına və məcburi köçkünə çevrilmiş milyondan yuxarı azərbaycanlının hüquqlarının pozulmasına diqqət yetirmir.

Yaranmış vəziyyəti dəyişmək üçün Azərbaycanın nə etməli olması sualına A.Mustafazadə demişdir ki, Azərbaycan beynəlxalq səviyyədə hüquqi təşəbbüslərlə çıxış etməlidir. Bunun üçün ölkənin lazımi intellektuasl imkanları, yaxşı ekspertləri vardır. Azərbaycan terrorçuluq aktlarının məsələni həll etdiyi bir müharibənin qurbanıdır. Biz həm də BMT qətnamələrinin heç nəyə yaramadığının qurbanıyıq. Ona görə də təşəbbüslərlə çıxş etməliyik. Yeni protokol, yeni konvensiya lazımdır.

Beynəlxalq birlikdə “siyasi məhbus” terminindən sui-istifadə etmək problemi də mövcuddur. Bu gün dövlətin maraqlarını manipulyasiya etmək məqsədilə bu anlayışı hər bir adama aid edirlər. Kütlənin içinə girərək, xuliqanlıq hərəkətləri törədən və hansısa partiyanın üzvü olan kimisə siyasi məhbus hesab etmək olmaz. Partiya fəaliyyəti o anlama gəlmir ki, insan təqsirsizlik prezumpsiyasına malikdir və istədiyini edə bilər.

İnstitutumuz təklif edir ki, Azərbaycan beynəlxalq birlik qarşısında vahid “siyasi məhbus” anlayışının qəbul edilməsi təşəbbüsü ilə çıxış etsin.

Yelena Ostapenko, V.T.

Rəqəmlərdə

  • 249

    Events
  • 10

    Departments
  • 167

    Publications

TƏDBİRLƏRİMİZ