Şəlalə Həsənovanın Müəlliflik hüquqlarına və ya əlaqəli hüquqlara, qəsdlərə görə cinayət-hüquqi məsuliyyət məsələləri başlıqlı məqaləsi dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Şəlalə Şakir qızı Həsənovanın Qanun jurnalının bu sayında “Müəlliflik hüquqlarına və ya əlaqəli hüquqlara, qəsdlərə görə cinayət-hüquqi məsuliyyət məsələləri” başlıqlı məqaləsi işıq üzü görüb.
Məqalədə hazırda bu cinayətin yalnız bəzi tərkib əlamətləri və mühüm elementləri əlavə olaraq nəzərdən keçirilməsi və öyrənilməsi tədqiq edilir.
Məqalədə bildirir ki, cinayət hüququ nəzəriyyəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165-ci maddəsində nəzərdə tutulmuş cinayətin strukturu, məzmunu və bəzi əlamətləri ilə bağlı münasibətlər barəsində yekdil fikir yoxdur. Bundan əlavə, əqli mülkiyyətin anlayışı və elmi xüsusiyyətləri və bu cinayət tərkibinin obyekti və predmeti kimi müəlliflik hüquqları və ya əlaqəli hüquqlar, habelə bu cinayətə xas olan subyektiv əlamətlərin fərdi xüsusiyyətləri ən mübahisəli məsələlərdən biridir. Nəzəri ədəbiyyatlarda mülki və cinayət hüququ sahəsində nəzəriyyəçilərin - mütəxəssislərin düşüncələrinin qeyri-bərabər və ziddiyyətli olması barədə səslənən fikirlərlə də razılaşa bilərik.

Rəqəmlərdə

  • 379

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ