Yupiter xəstəliyi və ya Vaşinqtonun səmərəsiz reseptləri

İkili standartlardan çox yazır və danışırlar. Bu problem söhbət demokratik prinsiplərdən və insan hüquqlarından gedəndə xüsusilə hiss olunur. ABŞ və Avropanın bir sıra aparıcı ölkələri üçün ikili standartlar siyasətin adi prinsipinə çevrilib. Bu yaxınlarda ABŞ-ın Oklend şəhərində polis afroamerikalıları qətlə yetirən polisi məhkəməyə cəlb etməmək qərarını çıxaran hakimlərə etiraz edən nümayişçiləri gözyaşardıcı qazla dağıtmışdır.

İsveçrədə də ATƏT əleyhinə manifestasiya zamanı rezin güllələr və gözyaşardıcı qaz tətbiq edilib. Yerli KİV-in məlumatına görə, manifestasiyanı təşkil edən “Bazeldə ATƏT əleyhinə alyans” hesab edir ki, ATƏT yalnız sözdə təhlükəsizlik və əməkdaşlıq uğrunda mübarizə aparır, əməldə isə ən döyüşkən ölkələri birləşdirir.

İsveçdə də gənclərin etirazları polis tərəfindən qətiyyətlə ləğv edilmişdir.

“Kaspi” qəzeti Milli Məclisin deputatı, AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadəyə yaranmış durumu şərh etmək xahişi ilə müraciət etmişdir:

-ABŞ, şübhəsiz, uzun illər ərzində irqi ayrı-seçkiliyə qarşı mübarizə aparmış və müəyyən uğurlar qazanmışdır. Lakin hazırda son hadisələr göstərir ki, Vaşinqton təkcə xarici deyil, eləcə də daxili siyasətdə ikili standartlar siyasətinə sadiqdir. ABŞ Dövlət Departamenti onların fikrincə bu və ya digər ölkədə insan hüquqlarının pozuntusu baş verən hər hansı hadisəyə öz münasibətini bildirir. İnsan hüquqlarının pozulduğunu sübut edən ABŞ daxilindəki hadisələrə gəlincə, özünü demokratiyanın dayağı sayan bu ölkə sadə Amerika vətəndaşlarının maraqlarının müdafiəsinə olan bağlılığını itirir. Əlbəttə, asayiş pozuntularının qarşısını almaq lazımdır.

Lakin Amerika hökuməti ABŞ-ın özündə insan hüquqlarının pozulması ilə bağlı faktlardan sonra yaranan bu asayiş pozuntularının qarşısını almaq üçün nə etmişdir? Ferqyusonda qaradərili yeniyetmənin qətlindən sonra Amerika rəhbərliyi bu məsələnin ədalətli həlli üçün bütün mümkün olanları etməliydi. Asayiş

qoruyucuları tərəfindən afroamerikalıların davam etməkdə olan qətlləri ABŞ əhalisinin bu hissəsində haqlı narazılıqlar doğurur və bir qayda olaraq kütləvi pozuntulara gətirib çıxarır. Bu, Avropanın aparıcı ölkələrində də müşahidə olunur. Şübhəsiz, özbaşınalıq edən kütləni dayandırmaq lazımdır, lakin bu cür qəddar üsullarla yox. Amerika polisi zorakılıq, qəddarlıq göstərmişdir. Hesab edirəm ki, ABŞ-da baş verən hadisələr şəraitində Vaşinqton cəmiyyətin mənəvi sağlamlığı, asayiş keşikçilərinin aqressivliyi və səriştəsizliyi barədə düşünməlidir. Birləşmiş Ştatlar öz üzərinə bütün dünyada insan hüquqlarının müdafiəçisi rolunu götürməməli və başqalarına öz reseptlərini təklif etməməlidir. Bu reseptlərin səmərəsizliyini bütün Amerikanı bürüyən afroamerikalıların etirazları da sübut edir.

Rəqəmlərdə

  • 138

    Events
  • 10

    Departments
  • 141

    Publications

TƏDBİRLƏRİMİZ