İqtisadi fəaliyyət sferasında cinayətkarlığın bəzi aspektləri tədqiq olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun "Cinayət hüququ və cinayət prosesi" şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Şəlalə Həsənovanın "İqtisadi fəaliyyət sferasında cinayətkarlığın bəzi aspektləri" mövzusunda məqaləsi beynəlxalq səviyyəli nüfuzlu jurnalda dərc olunub.
Məqalə iqtisadi fəaliyyət sferasında cinayətkarlıqla mübarizənin müxtəlif problemlərinə həsr edilib. Aparılmış tədqiqatın məqsədi iqtisadi fəaliyyət sferasında cinayətkarlıqla bağlı problemlərin öyrənilməsi, bu cinayətlərin törədilməsi üçün zəmin yaradan və bu sahədə cinayətkarlıqla mübarizə aparılmasını çətinləşdirən səbəblərin müəyyən edilməsi olub. Qeyd edilən məqsədə nail olmaq üçün bu məqalədə iqtisadi fəaliyyət sferasında cinayətkarlığın aktual məsələləri nəzərdən keçirilib. Aparılmış tədqiqat nəticəsində müəllif belə bir nəticəyə gəlib ki, iqtisadi fəaliyyət sferasında cinayətkarlıqla mübarizə sahəsində ciddi problemlərin olması, ilk növbədə iqtisadi fəaliyyət sferasında törədilən cinayətlərin çox hissəsinin yüksək dərəcədə latentliyi və hüquq-mühafizə orqanlarının bu sahədə olan cinayətlərlə mübarizə fəaliyyətinin lazımi qaydada təşkil edilməməsi ilə bağlıdır.
Həmçinin qeyd edilən sahədə problemlərin mövcudluğu bu sferada olan cinayətlər haqqında hüquq-mühafizə orqanlarının zəif məlumatlandırılması, belə cinayətlərin aşkara çıxarılması istiqamətində həyata keçirilən xüsusi əməliyyat-axtarış tədbirlərinin səviyyəsinin aşağı olması, barəsində bəhs olunan fəaliyyətin lazımi qaydada təşkil edilməməsi və müvafiq orqanların fəaliyyətinin koordinasiya edilməməsi, iqtisadi fəaliyyət sahəsində cinayət törətmiş vəzifəli şəxslərin və onlara tabe olan şəxslərin müxtəlif səbəblərdən cinayət təqibindən yaxa qurtara bilməsi bacarıqları ilə əlaqəlidir.

Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 274

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ