Aytən Mustafazadə ermənilər tərəfindən əsgər cəsədinin yandırılması barədə: “Bu, faşist əhval-ruhiyyənin sübutudur”

Yayılmış görüntülərdə bir qrup erməni əsgərinin şəhid olmuş Azərbaycan əsgərinin cəsədini necə yandırdığı göstərilir. Mərhumun hərbi əsir olduğu və yəqin ki, eyni ermənilər tərəfindən öldürüldüyü göz qabağındadır. Bu, Qarabağdakı döyüş əməliyyatları zamanı öldürülən Azərbaycan hərbçilərinin və mülki şəxslərin cəsədlərinə qarşı törədilən təhqir aktlarını əks etdirən ilk video deyil.
Qəsdən öldürmə, işgəncə və ya qeyri-insani rəftar ciddi hərbi cinayət və Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır.
Bu kontekstdə qeyd etmək lazımdır ki, Azərbaycan Baş Prokurorluğu həm Azərbaycan, həm də Ermənistan hərbçiləri tərəfindən törədilən hərbi əməliyyatlar zamanı öldürülən hərbi qulluqçuların cəsədlərinə qarşı təhqir aktları ilə hər bir videoyazını hərtərəfli araşdırır, Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanır.
Eyni şey Ermənistanın Baş Prokurorluğu haqqında deyilə bilməz.
Bu sözləri AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə “1news.az”-a müsahibəsi zamanı bildirib.

Müsahibəni linkə daxil olmaqla oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 339

    Events
  • 10

    Departments
  • 171

    Publications

TƏDBİRLƏRİMİZ