Əməkdaşımızın İsrailin nüfuzlu nəşrində Ermənistanın təxribatçı siyasətini ifşa edən məqaləsi dərc olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Səid Musayevin İsrailin nüfuzlu “The Times of Israel” nəşrində fransız dilində “Ermənistanla Azərbaycan arasında yenidən intensiv döyüşlərin başlaması: Nə üçün indi?” adlı məqaləsi dərc edilib.
Məqalədə dünyada Covid-19 pandemiyasının ağır nəticələrinin intensivləşdiyi bir zamanda Azərbaycanın Ermənistanla sərhəd bölgəsi olan Tovuz rayonunda Ermənistan ordusunun hərbi hücuma keçməsinin Azərbaycanın suverenliyinə qarşı törədilmiş təxribat olması qeyd olunur.
Baş verən hərbi təxribatı hüquqi aspektdə təhlil edən müəllif bildirib ki, Azərbaycan sərhədlərinin pozulması ilə işğalçı Ermənistan Azərbaycan Respublikasının sərhəd rayon və kəndlərində olan yaşayış yerlərində mülki şəxsləri hədəf almaqla beynəlxalq humanitar hüquq (Cenevrə Konvensiyaları) qarşısında üzərinə götürdüyü münaqişə zamanı hərbi olmayan obyektlərin və mülki şəxslərin hədəfə alınmaması öhdəliklərini kobud şəkildə pozmuşdur.
Baş nazir Nikol Paşinyanın inqilabi dəyişikliklərlə bağlı verdiyi vədləri həyata keçirə bilmədiyi, nəticədə öz əhalisinin ölkə daxilində ağır sosial-iqtisadi problemlərilə qarşı-qarşıya 30% gənclərin işsizliyi, 50 % əhalinin aclıq şəraitində yaşaması Azərbaycana qarşı son hərbi təxribatı həyata keçirməyə erməni baş naziri vadar etmişdir. Əsl mahiyyət isə ictimai nüfuzu zəifləyən Paşinyanın hakimiyyəti əlində qoruyub saxlamaq cəhdi olması məqalədə qeyd olunur.
Həmçinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Bütün məsuliyyət birbaşa Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Bu cür hadisələr erməni hökmdarlarının riyakar və şərəfsiz fəaliyyətlərinə görə baş verir. Bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edərək, Ermənistan-Azərbaycan təmas xəttində atəşkəsin möhkəmləndirilməsinə kömək istəyirlər, digər tərəfdən, hərbi təxribatlar törətməklə Ermənistan Azərbaycanın daha çox ərazilərinə hücum etmək, mövqelərimizi ələ keçirmək, mülki əhalini və kəndlərimizi güllələmək istəyir. Bu çirkin və məkrli siyasətin Ermənistanı uçuruma aparacağı ilə bağlı” bəyan etdiyi fikirlər sitat gətirilir.
S.Musayev vurğulayıb ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən strateji müttəfiqi Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı çirkin iddialar irəli sürməyə başladı. KTMT rəhbərliyinə təzyiq edərək Ermənistanın üstünlük əldə etməsi üçün addımlar atmağa təhrik etmişdir.
KTMT baş katibi Yuri Xaçaturovun İrəvanda saxlanılması və Yerevanın KTMT-a yeni baş katib seçilməsi müddətində bir neçə aylıq əngəllənməsi ilə bağlı yaranan qalmaqalı xatırlatmaq kifayətdir. Nikol Paşinyanın yalnız bir məqsəd güdməsi: Azərbaycanla münaqişədə Ermənistana açıq KTMT dəstəyini qazanmaq olması məqalədə müəllif tərəfindən qeyd olunur. Buna görə Ermənistanın Baş naziri Paşinyan Ermənistan-Azərbaycan sərhədində hərbi toqquşmaların gücləndiyi bir vaxtda Kremlin dəstəyini qazanmaq üçün 16 iyul 2020-ci il tarixində Moskvaya təcili uçması əbəs yerə deyildi.
Nə KTMT-nin, nə də Rusiyanın Azərbaycanın özünü müdafiə məqsədilə Ermənistanın hərbi təxribatına qarşı verdiyi cavabı qınamaması, tərəfləri hərbi qarşıdurmanı dayandırmaqla bağlı çağırışının məhz Nikol Paşinyanın hazırladığı ssenarinin iflasa uğradığını qeyd edən ekspert, məqalədə son illər Azərbaycanın regionda və beynəlxalq aləmdə əldə etdiyi nüfuzun nəticəsində baş verdiyini qeyd etmişdir.
Azərbaycanın Qoşulmama Hərəkatında liderliyinə və Covid-19 pandemiyasının qlobal nəticələrinin aradan qaldıırılması ilə bağlı kollektiv səylərin birləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 31-ci fövqəladə sessiyasının çağırılması ilə bağlı təşəbbüsünün İrəvanda böyük qısqanclıq hissi formalaşdırması məqalədə xüsusi vurğulanır.
Məqalənin sonunda 30 ildir Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarının məhz Ermənistanın bu tipli dekonstruktiv mövqeyi və təxribatçı hərbi əməliyyatlar nəticəsində ATƏT-in Minsk Qurpunun həmsədr ölkələrinin bütün səylərinin nəticəsiz qaldığını, lakin münaqişənin həllinin hüquqi yolla BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə (822, 853, 874, 884) uyğun olaraq, yəni Ermənistanın Azərbaycanın beynəlxalq tanınan əraziləri olan Dağlıq Qarabağ və ətraf 7 rayondan hərbi birləşmələrinin çıxarmaqla, bölgədə yaşayan bütün icmaların öz yurd-yuvalarına qaytarılmaqla həllinin mümkün olması qeyd olunur.
Qeyd edək ki, “The Times of Israel” qəzeti İsrailin məşhur nəşrlərindən biridir. İngilis, fransız, ərəb dillərində İsrail, Yaxın Şərq və yəhudi dünyası ilə bağlı gündəlik aktual xəbərləri yayımlayır.
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiz.

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ