“XXI əsrdə İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda Elmi-Nəzəri Konfrans

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, AMEA Hüquq və İnsan Haqları İnstitutu və “Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası”nın birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “XXI əsrdə İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda Elmi - Nəzəri Konfrans keçirilib.
Konfransda AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, h.ü.e.d., professor Aytən Mustafazadə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, h.ü.e.d., professor Fərhad Abdullayev, “Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası” nın rəhbəri, h.ü.e.d., professor İlham Rəhimov və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) professor Elmira xanım Süleymanova mövzu ətrafında çıxış edərək, geniş fikir mübadiləsi aparmışlar.
Növbəti məruzə ilə çıxış edənlər sırasında AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Elmi işlər üzrə direktor müavini, h.ü.e.d., professor Nazim Cəfərli “Ümumilli Lider Heydər Əliyev görkəmli dövlət xadimi və siyasətçidir”, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, h.ü.e.d. Ceyhun Qaracayev “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin funksiya və səlahiyyətləri: müasir tendensiyalar”, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparat rəhbəri, h.ü.f.d. Aydın Səfixanlı “Birləşmiş Millətlər Təşkilatın nizamnamə və müqavilə orqanları ilə milli kontekstdə əməkdaşlıq istiqamətləri”, Azərbaycan Respublikasının Milli Məclisi Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsinin müdiri, h.ü.e.d. Nizami Səfərov “Terrorçuluq cinayəti: Hüquqi indetifikasiya problemi”, Milli Aviasiya Akademiyasının “Hüquqşünaslıq” kafedrasının müdiri, h.ü.e.d., professor İbrahim Quliyev “Azərbaycan Respublikasında milli suveren demokratiya və onun inkişaf problemləri”, Bakı Dövlət Universitetinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti, h.ü.f.d. Samirə Eyvazova “Avropa İnsan Hüquqları Məhkəməsinin presidentləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi təcrübəsi”, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının Məhkəmə İclaslarının təşkili sektorunun müdiri, h.ü.f.d. Fərrux Seyidov isə, “Heydər Əliyev və Azərbaycan Dövlətinin müasir Konstitusiyası” mövzularında məruzə ilə çıxış etmişlər.
Onu da qeyd edək ki, sözü gedən tədbir Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuşdur və hər il ənənəvi olaraq təşkil edilir.

Rəqəmlərdə

  • 170

    Events
  • 10

    Departments
  • 154

    Publications

TƏDBİRLƏRİMİZ