“XX əsrin əvvəllərində Azərbaycanın milli siyasəti (yəhudi icmasının timsalında)” kitabının təqdimat mərasimi

2019-cu il mayın 30-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun yeni nəşri olan  “Национальная политика Азербайджана в начале ХХ века(XX əsrin əvvəllərində Azərbaycanın milli siyasəti (yəhudi icmasının timsalında)” kitabının təqdimat mərasimi keçirilmişdir.

Kitabın müəllifi  institutun aparıcı elmi işçisi Moisey Bekkerdir.

Monoqrafiyada Azərbaycan Respublikası Dövlət Arxivinin tarixi sənədləri, həmçinin dövri mətbuatın materialları əsasında Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, iqtisadi və sosial həyatında yəhudi etnik qrupu nümayəndələrinin iştirakı məsələləri ətraflı işıqlandırılmış və qarşılıqlı münasibətlərinin problemləri araşdırılmışdır.  Eyni zamanda, yeni mədəni-tarixi birliyin yaranması prosesində Azərbaycan dövlətinin təhsil, dil və din siyasətinin rolu göstərilib.

Tədbirdə Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrininnümayəndələri iştirak etmişdir.

Rəqəmlərdə

  • 176

    Events
  • 10

    Departments
  • 156

    Publications

TƏDBİRLƏRİMİZ