Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr

Ölkəmizdə insanların konstitusiya ilə təmin olunan hüquq və azadlıqlarının qorunması dövlətin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir.

 
Bu proqramdan irəli gələrək, mayın 2-də “Avropa” otelində 5 May  - Əlilliyi olan insanların hüquqlarının müdafiəsi Gününə həsr olunmuş “Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilmişdir. TədbirAMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman), Azərbaycan Əlil Təşkilatları İttifaqının, ABA CEELI və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə keçirilmişdir.
 
Konfransın əvvəlində AzərbaycanRespublikasınınİnsanHüquqları üzrə Müvəkkili(Ombudsman) ElmiraxanımSüleymanova, AMEA-nınİnsanHüquqları İnstitunundirektoru, Milli Məclisin deputatı AytənxanımMustafayeva, AmerkaHüquqşunaslarAssosiasiyasının (ABACEELİ) ölkə üzrə direktoru cənabRobertStir, BMT-ninUşaqFondununAzərbaycandakı nümayəndəliyininrəhbəricənabMarkHerevardçıxış etmişlər.
 
Daha sonra məruzələr dinlənilmişdir. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli «AzərbaycanRespublikası qanunvericiliyində əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi», İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova «Azərbaycandasosialdövlətquruculuğu - əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsinin mühüm amili kimi», AzərbaycanRespublikası əməkvə əhalininsosialmüdafiəsinazirininmüaviniNatiqMəmmədov«Əlilliyiolanşəxslərinsosialmüdafiəsivə qarşıdaduranvəzifələr», Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Həbib… «Sağlamlıq imkanları məhdud şəxslərin inkluziv təhsili: mövcud problemlər və perspektivlər» mövzularında məruzələr etmişlər. Tədbirdə həmçinin, Əlilliyinqarşısınınalınması və əlilliyiolanşəxslərinsağlamlığınınmühafizəsiilə bağlı AzərbaycanRespublikası səhiyyə nazirininmüaviniYusifBabayev, Əlilliyiolanşəxslərüçünbərabərimkanlarınyaradılmasındavətəndaş cəmiyyətininrolubarədə AzərbaycanRespublikası ƏlilTəşkilatları İttifaqınınsədriDavudRəhimli, Əlilliyiolanşəxslərinməşğulluqsahəsində cəmiyyətə inteqrasiyası: beynəlxalqtəcrübə ilə bağlı AMEA-nınİnsanHüquqları İnstitutunun“Sosialvə İqtisadihüquqlar” şöbəsininmüdirih.e.f.d. Vüsalə Həsənova, Əlilliyiolanşəxslərinsosialmüdafiəsininhüquqitənzimlənməsiproblemləriətrafında BDU-nunhüquqfakültəsininprofessoruh.e.dMayisƏliyevçıxış etmişlər.
 
AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyev əlillərə çox böyük diqqət və qayğı göstərir. Ölkəmizdə fiziki imkanları məhdud şəxslərə qayğı göstərilməsi ilə bağlı bir sıra mühüm işlər görülür. Əlil insanların cəmiyyətin həyatında aktiv iştirakı və bütün imkanlardan tam bərabərhüquqlu istifadə etmələri üçün konkret tədbirlər görülür, layihələr həyata keçirilir.
 
Konfransda bildirilmişdir ki, dövlətimiz əlillərə münasibətdə yüksək qayğı göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında əlaqədar qurumlar bu istiqamətdə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Əlillərin sosial müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Konfransda həmçinin, əlillərin hüquqları üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı problemlərin, əlilliyi olan şəxslərin məşğulluq problemlərinin həlli və bu şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsində qarşıda duran vəzifələr, əlilliyi olan şəxslərin təhsil almalarına yardım göstərilməsində inklüziv təhsilin əhəmiyyəti qeyd edilmişdir.
 
Çıxıslardan sonra konfransda mövzu ilə baglı müzakirələr aparılmış və əlilliyi olan şəxslər özlərinin üzləşdiyi problemlər haqqında məlumat vermişlər.
 
Konfransda Milli Məclisin deputatları, hökumət rəsmiləri, BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri, Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELI) Azərbaycan üzrə direktoru, qeyri-hökumət təşkilatlarının, əlil təşkilatlarının və digər qurumların nümayəndələri iştirak etmişlər.

 

 

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ