Tələbələrin elmi-praktik seminarı

  12 aprel 2017-ci il tarixdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda AR yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin “Hüquq” və “Politologiya” , Bakı Dövlət Universitetinin “Hüquq”, “Beynəlxalq münasibətlər”, “Tarix”, Azərbaycan Dillər Universitetinin “ Regionşünaslıq və Beynəlxalq münasibətlər”, Qərb Universitetinin “Regionşünaslıq” ixtisası üzrə təcrübə keçən tələbələrin elmi-praktik seminarı keçirilmişdir.

Tələbələr “Konstitusiyaya əlavə dəyişikliklər (2002,2009,2016-cı illər)”, “İnsan inkişafı indeksi və onun təhlili”, “Yaşamaq hüququ”, “Azərbaycan Amerika münasibətləri” mövzusunda slayd təqdimatla çıxışlar etmiş və mövzu ətrafında müzakirələr aparmışlar.

Seminarda Hüquq və İnsan Haqları İnstitutunun Elmi işlər üzrə direktor müavini, f.e.d. L.Əhmədova, Elmi katib, h.ü.f.d  S. Qaramollayeva, Dövlət və Konstitusiya Hüququ şöbəsinin müdiri, h.e.d  A. Rüstəmzadə, Beynəlxalq Münasibətlər və İnsan Hüquqları şöbəsinin müdiri, s.e.ü.f.d  E.Mirbəşiroğlu, Təhsil və Xarici Əlaqələr şöbəsinin müdiri, Raciv Qurbanov və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri L.Məmmədova iştirak etmişdir.  

Rəqəmlərdə

  • 187

    Events
  • 10

    Departments
  • 163

    Publications

TƏDBİRLƏRİMİZ