“Azərbaycan respublikasi konstitusiyasinda təsbit edilmiş dəyərlərin müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda respublika elmi-nəzəri konfrans

05 may 2017-ci il tarixdə  AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və  Qara Dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları  Assosiasiyasının birgə təşkilatçılığı ilə

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş dəyərlərin müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar”mövzusunda Respublika elmi-nəzəri konfrans  keçirilmişdir.

Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunundirektoruhüquq üzrə elmlər doktoru, Milli Məclisin deputatı Aytən xanım Mustafazadə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev,“Qara dəniz  və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası” nın sədri cənab İlham Rəhimov və başqaları da iştirak edib.

Tədbiri giriş nitqi ilə Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, Milli Məclisin deputatı Aytən xanım Mustafazadə açaraq Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadimi, ümummili lider Heydər Əliyevin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğuladı. O əlavə etdi ki, Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin  ən böyük  amal və  məqsədi  dövlətimizin müstəqilliyinin daimi olması, insan hüquqlarının qorunmasını rəhbər tutan vətəndaş cəmiyyətinin bərqarar olması idi.

Həmçinin A.Mustafazadə qeyd etdi ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təmini sahəsində  beynəlxalq təcrübəyə əsaslanan  tamamilə yeni qanunvericilik sistemi  işlənib hazırlandı.  Bütün köhnə normativ hüquqi  baza  yeniləndi, yeni-yeni zəruri  hüquq institutları, o cümlədən,  Konstitusiya Məhkəməsi yarandı. Həmçinin,  MDB məkanında ilk İnsan Hüquqları üzrə Akademik İnstitut yaradılaraq  onun  qarşısında bir sıra vəzifələr qoyuldu.  Eləcə də, insan hüquqları ilə bağlı qanunvericilik aktları üzrə bir sıra təkliflər, yeni qanun layihələri, həmçinin, Ombudsman haqqında qanun layihəsi məhz İnsan Hüquqları İnstitutunda hazırlanaraq  Milli Məclisə təqdim edildi.

Daha sonra Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev öz nitqində konstitusiya dəyərlərindən, onların müdafiəsindən bəhs edərək bu fundamental dəyərlərin Azərbaycan Respublikasının Konistitusiyasında öz əksini tapması, eyni zamanda ölkəmizin demokratik dövlət quruculuğunun bilavasitə Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmişdir.

F. Abdullayev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman fəaliyyətində dövlətimizin Əsas Qanununa əsaslanaraq konstitusiya dəyərlərinin, hüququn aliliyinin təmin edilməsi vacibliyinə xüsusi önəm verdiyini vurğulamışdır. 

Növbəti çıxışçı AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Elmi işlər üzrə direktor müavini, h.ü.e.d, professor Nazim Cəfərli Heydər Əliyevin dövlətçilik konsepsiyasından, Azərbaycan suveren dövlətinin hakimiyyət və idarəçilik orqanlarının yaradılmasının prinsiplərindən, yeni sistemin yaradılmasında normativ hüquqi bazanın yaradılması, onun mahiyyəti, məzmunu və özəl xüsusiyyətlərindən danışdı.

İnstitutun Dövlət və Konstitusiya Hüququ şöbəsinin müdiri, h.ü.e.d. Ayxan Rüstəmzadə isə öz çıxışında Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan hakimiyyətinə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində görülmüş ardıcıl, sistemli və gələcəyə hesablanmış islahatların aparılmasından söz açdı.

   Tədbirdə həmçinin Azərbaycanın Respublikası Milli Məclisinin deputatları, bir sıra nüfuzlu təhsil ocaqlarının alimləri,  hüquq- mühafizə orqanlarının nümayəndələri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirdilər.

                                                 

Rəqəmlərdə

  • 187

    Events
  • 10

    Departments
  • 163

    Publications

TƏDBİRLƏRİMİZ