“Müasir şəraitdə türk xalqlari arasinda əməkdaşliğin perspektivləri” mövzusunda “Dəyirmi masa”

Məlum olduğu kimi, bu il Birinci Türkoloji Qurultayın keçirilməsinin 90 ili tamam olur. Qurultay öz işini 1926-cı il fevral ayının 26-da Bakı şəhərində başlamış və martın 6-na kimi davam etdirmişdi.  

 “Dəyirmi masa” ətrafında iştirak edən tədbir iştirakçıları I Türkoloji Qurultayın nə dərəcədə möhtəşəm və mötəbər bir tədbir kimi tarixi əhəmiyyət daşıması haqqında əyani təsəvvür əldə etmək üçün bir çox faktları xatırlatdılar. Qeyd etdilər ki, Qurultayda 131 nümayəndə iştirak etmiş, 17 iclas keçirilmiş, türklərin, bütövlükdə Türk dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənilmişdir.

Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilmiş, latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlanmışdır.

Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra I Bakı Türkoloji Qurultayına dövlət səviyyəsində hüquqi qiymət verildi və 2005-ci il noyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin tarixi hadisənin 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalandı.

Türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynadığını nəzərə alaraq, Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi ilə bağlı da Sərəncam imzalamışdır.

Sərəncamda deyildiyi kimi, XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş qərar və tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı.

Tədbirin təşkil olunmasında əsas məqsəd milli – mədəni irsin qorunması, tükdilli dövlətlərdə ortaq dilin inkişafı və qorunması sahəsində aparılan işlər və bunun perspektiv yollarının öyrənilməsidir. “Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın perspektivləri” mövzusunda “dəyirmi masa”da Hüquq və İnsan Haqları İnstitutunun direktoru,  h.e.d., Milli Məclisin deputatı Aytən Mustafazadə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkdilli ölkələrin Parlament Assambleyası  (TürkPA)  katibliyinin sədri  Jandos  Asanov və başqaları çıxış etmişlər.

Tədbirdə müxtəlif təşkilatlardan olan yüksək səviyyəli şəxslər, türkdilli ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, müxtəlif qurumların nümayəndələri, ekspert və tədqiqatçı alimlər, həmçinin gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

                                                                

Rəqəmlərdə

  • 187

    Events
  • 10

    Departments
  • 163

    Publications

TƏDBİRLƏRİMİZ