Azərbaycanin dövlətçilik tarixində Azərbaycan xalq cümhuriyyətinin və Heydər Əliyev şəxsiyyətinin rolu

2011-ci il mayın 5-də AMEA-nın İnsan Hüquqları İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 93 illiyi münasibətilə «Azərbaycanın dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin və Heydər Əliyev şəxsiyyətinin rolu»  mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Tədbirdə  Milli Məclisin deputatları, Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

Konfransı giriş sözü ilə açan AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində oynadığı mühüm rola, eyni zamanda müsəlman Şərqində ilk demokratik cümhuriyyət kimi tanınan AXC-nin fəaliyyətinə toxunaraq, o dövrün gərgin beynəlxalq münasibətlərinə və müharibələrə baxmayaraq, Azərbaycan xalqının gələcəyi üçün əldə etdiyi çox əhəmiyyətli nailiyyətlərindən bəhs etdi. Qeyd etdi ki, ötən əsrin 18-20-ci illərində mövcud olan milli hökumət 1920-ci ilin aprelində XI rus ordusu tərəfindən devrilsə də, Azərbaycan 1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini yenidən bərpa etdi.  Müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevdir. A.Mustafayeva bugünkü konfransda ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qorunmasında və inkişafında olan xidmətlərini, eləcə də AXC-nin fəaliyyəti haqqında ümummilli liderin məruzələrini, Cümhuriyyətin əhəmiyyəti ilə bağlı söylədiyi fikirləri konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Sonraümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin quruculuğundakı roluna həsr olunmuş film nümayiş etdirildi.

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ